Yüklənir...
Location: Bakı
AREA Daşınmaz Əmlak Agentliyi komandamıza kreativ və təcrübəli videoqraf axtarır! Əsas vəzifələr: Daşınmaz əmlak obyektlərinin peşəkar video çəkilişlərini həyata keçirmək; Sosial media platformaları üçün dinamik və kreativ videolar hazırlamaq; Video montajı, rəng korreksiyası və altyazıların əlavə edilməsi; Çəkilmiş videoları 1 gün ərzində montaj edərək təhvil vermək. Namizədə tələblər: Bəy namizəd olması; Şəxsi çəkiliş avadanlıqlarının (kamera, stabilizator və s.) olması — mütləqdir; CapCut və ya Adobe Premiere Pro proqramlarında işləmə bacarığı; AI video alətləri (Higgsfield və ya alternativləri) ilə işləmə bacarığı; Altyazılarla işləmə bacarığı; Kreativ yanaşma və yüksək vizual zövq; Video çəkilişi və montaj sahəsində təcrübə; Çəkilişlərə uyğunlaşa bilən çevik iş qrafiki; Portfolio təqdim edilməsi — mütləqdir. Əməkhaqqı: 1000–1500 AZN (müsahibə əsasında müəyyən ediləcək). Müraciət etmək istəyən namizədlər CV və portfoliolarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.