Yüklənir...
Location: Bakı
İş yeri: Sumqayıt şəhəri Vəzifə öhdəliyi: Xammal, yardımçı maddələr və hazır məhsulların fiziki-kimyəvi analizlərini həyata keçirmək; Analiz nəticələrini vaxtında qeydiyyata almaq, təhlil etmək və hesabat təqdim etmək; Uyğunsuzluqları müəyyən etmək və onların aradan qaldırılması istiqamətində tədbirlər görmək; Laboratoriya cihazlarının kalibrasiyası və yoxlanılmasını həyata keçirmək; Laboratoriya üçün zəruri məhlul, reaktiv və indikatorları hazırlamaq və nəzarətdə saxlamaq; Reaktiv və kimyəvi maddələrin saxlanmasına, sərfiyyatına və uçotuna nəzarət etmək; Laboratoriya sənədlərinin, analiz nəticələrinin və qeydlərin düzgün aparılmasını təmin etmək; Akkreditasiya və keyfiyyət idarəetmə sistemi ilə bağlı sənədlərin hazırlanmasında iştirak etmək; Əməyin mühafizəsi, təhlükəsizlik, sanitariya və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək. Namizədə tələblər: Ali təhsil (Kimya, biologiya və ya qida mühəndisliyi sahəsində) Minimum 1 il iş təcrübəsi Exel, Word, Outlook proqramları üzrə biliklər Azərbaycan dili (əla), rus dili (orta) bilikləri Müxtəlif metodlarla analizlər aparmaq və nəticələri müqayisə edə bilmək Nümunə götürmə qaydalarını bilmək Müxtəlif reaktivlərin hazırlanması və faktor hesablamalarını apara bilmək Laboratoriya cihazlarının istifadəsi, kalibrlənməsi və yoxlanılması üzrə biliklər ISO 17025 standartlarının əsas prinsiplərini bilmək Analitik düşüncə və yüksək məsuliyyətlilik. İş Qrafiki: Dəyişkən növbəli iş rejimi Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir Üstünlüklərimiz: Nahar Servis Könüllü tibbi sığorta Tələblərə cavab verən namizədlər öz CV-lərini “ Laborant ” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.