Yüklənir...
Location: Bakı
Təsvir Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasını həyata keçirmək; IFRS tələblərinə uyğun maliyyə hesabatlarının hazırlanması üçün zəruri məlumatları toplamaq, yoxlamaq və təhlil etmək; Maliyyə hesabatlarına dair qeydlərin, açıqlamaların və dəstəkləyici cədvəllərin hazırlanmasını təmin etmək; Maliyyə göstəricilərini təhlil etmək, kənarlaşma və uyğunsuzluqları müəyyən etmək və rəhbərliyə məlumat vermək; Maliyyə hesabatlarının mühasibat uçotu siyasətlərinə və IFRS tələblərinə uyğunluğunun yoxlanılmasında iştirak etmək; ERP sistemində maliyyə məlumatlarının düzgünlüyünü, tamlığını və vaxtında əks etdirilməsini təmin etmək; Maliyyə hesabatlılığı proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə layihələrdə iştirak etmək; Layihələrin maliyyə nəticələri, gəlirliliyi və səmərəliliyi üzrə təhlillər hazırlamaq; Pul vəsaitlərinin hərəkəti, likvidlik və dövriyyə kapitalı üzrə hesabatların hazırlanmasını həyata keçirmək; Büdcələşdirmə prosesinin təmin edilməsi üçün zəruri maliyyə məlumatlarını hazırlamaq və təqdim etmək; Mühasibat uçotu məlumatlarının tamlığını, düzgünlüyünü və əsaslılığını yoxlamaq; Maliyyə məlumatlarının müxtəlif mənbələr üzrə üzləşdirilməsini və uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək; Rəhbərlik tərəfindən maliyyə hesabatlılığı və maliyyə təhlili ilə bağlı verilən digər tapşırıqları icra etmək. Tələblər Maliyyə, Mühasibat uçotu və ya əlaqəli sahə üzrə bakalavr təhsili; Maliyyə hesabatlılığı, maliyyə təhlili və ya mühasibatlıq sahəsində minimum 1-2 il iş təcrübəsi; IFRS üzrə baza bilikləri; Güclü analitik düşünmə və problemlərin həlli bacarıqları; Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək (rus dili üstünlükdür); MS Office proqramlarını, xüsusilə MS Excel-i yaxşı səviyyədə bilmək; 1C ERP proqramı ilə işləmək bacarığı; Power BI bilikləri üstünlük hesab olunur; ACCA, CIMA və ya digər peşəkar maliyyə sertifikatları üzrə təhsil almaq və ya sertifikata malik olmaq üstünlükdür. Qeyd : Qəbələ, Zaqatala və yaxın rayonlarda yaşayan namizədlərin müraciətlərinə baxılacaqdır. Vakansiya növü - Tam ştat İmtiyazlar Könüllü tibbi sığorta Nahar təminatı Təlim dəstəyi Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.