Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Satış proseslərinin planlaşdırılması və koordinasiyasında iştirak edir, proseslərin fasiləsiz və effektiv icrasına dəstək göstərir. Satış fəaliyyətlərinin planlaşdırılması və təşkili proseslərində iştirak edir, satış metodologiyalarından istifadə edərək effektiv satış planlarının hazırlanmasına və icrasına dəstək göstərir. Satış üzrə Baş Mütəxəssisin gündəlik fəaliyyətinin təşkilinə dəstək verir (görüş cədvəllərinin idarə olunması, tapşırıqların izlənməsi və s.). Korporativ müştərilərlə görüşləri təşkil edir, görüşlərdə iştirak edir, müzakirələri qeydə alır və görüş protokollarını hazırlayır. Kommersiya təkliflərinin, təqdimat materiallarının hazırlanmasına dəstək göstərir. Müştəri tələblərini toplayaraq tələbin strukturlaşdırılması və ilkin analitik təhlilində iştirak edir. İş yükünü effektiv idarə edir, gündəlik və həftəlik prioritetlərin müəyyənləşdirilməsinə riayət edir. Komanda və ya irəliləyiş görüşlərində iştirak edir, görülən işlər və yeniliklər barədə həmkarlarını məlumatlandırır. Digər struktur bölmələrlə qarşılıqlı əməkdaşlıq çərçivəsində satış proseslərinə dəstək verir. Əməliyyat proseslərində yaranan problemlərin həllində iştirak edir və verilmiş tapşırıqların icrasını təmin edir. Satış əməliyyatlarının icrası zamanı Müştəri Münasibətlərinin İdarə Olunması (MMİO/CRM) və digər proqram təminatlarından istifadə olunur. Satış alətlərinin tətbiqində iştirak edir və onların effektiv istifadəsinə dəstək göstərir. Satış kampaniyalarının həyata keçirilməsində iştirak edir və tapşırılan fəaliyyətləri yerinə yetirir. Görülən işlər üzrə hesabatların hazırlanmasında iştirak edir və təqdim olunmasına dəstək verir. Xidmət zərurəti yarandıqda ezamiyyətlərə getməyə hazır olur və ezamiyyət çərçivəsində verilən tapşırıqları icra edir. Peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə təlim və seminarlarda iştirak edir, əldə etdiyi bilikləri iş prosesində tətbiq edir. Namizədə dair arzu olunan bilik və bacarıqlar: Ali təhsil (magistratura üzrə təhsil alan şəxslər də müraciət edə bilər). Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi arzuolunandır. Azərbaycan dilində sərbəst danışıq, oxu və yazı bacarığı; rus və ingilis dillərini bilmək üstünlükdür. MS Office proqramları ilə sərbəst işləmə bacarığı. CRM (Bitrix24), 1C və Dibrain proqramları ilə işləmə bacarığı (təlim keçirilir). Ünsiyyətcil, yüksək danışıq və təqdimat bacarığı. Tapşırıqları düzgün prioritetləşdirmə və problem həll etmə bacarığı. Əlavə məlumat: İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək. İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri ) Vakansiya növü: Tam ştat İş yeri: “Bakinity Distribution” MMC Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq Təminatlar: Push 30 platformasından istifadə imkanı. AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı. Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı. İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.