Location: Bakı
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi Namizədə aid tələblər: Ali təhsilli olması; Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi; Səlis Azərbaycan dili biliyi,ingili dili-arzuolunandır; Yüksək səviyyədə ünsiyyət qurma və komandada işləmək bacarığı; İşgüzar nitq və yazışma qabiliyyəti; Vaxtın effektiv idarə edilməsi bacarığı və deadline-lara riayət etmək; Analitik düşünmə, yüksək məsuliyyət hissi, dəqiqlik və detallara diqqətlilik; Microsoft Office proqramları, xüsusilə Excel və Outlook üzrə yüksək səviyyədə bilik; 1 C 8.3 proqramında işləmə bacarığı; Xasiyyətnamə tələb olunur. Əsas vəzifə öhdəlikləri: Şirkətə yeni işə qəbul olunan əməkdaşların Face ID sistemi və DSS proqramında qeydiyyatının aparılması, biometrik və şəxsi məlumatların düzgün, tam və vaxtında sistemə daxil edilməsi; Əmək münasibətlərinə xitam verilmiş əməkdaşların Face ID sistemi və DSS proqramından çıxarılması, məlumatların arxivləşdirilməsi və tarixçəsinin qorunması; İşə qəbul, işdən çıxma, vəzifə və filial dəyişiklikləri ilə bağlı Face ID sistemində müvafiq dəyişikliklərin vaxtında icra edilməsi; Filiallardan Face ID sistemi ilə bağlı daxil olan müraciətlərin qəbul edilməsi, təhlil edilməsi, məsafədən dəstəyin göstərilməsi və zərurət yarandıqda aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə həll edilməsi; Face ID sistemi üzrə giriş-çıxış məlumatlarının iş vaxtı cədvəlləri ilə müqayisə edilməsi, uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması; Filiallar tərəfindən təqdim olunan həftəlik hesabatların yoxlanılması, məlumatların düzgünlüyünə nəzarət edilməsi və aşkar edilmiş uyğunsuzluqların operativ şəkildə aradan qaldırılması; Face ID sistemi üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması, statistik məlumatların toplanması və rəhbərliyə təqdim edilməsi; Sistemin fasiləsiz və düzgün işləməsinə nəzarət edilməsi, texniki nasazlıqların aradan qaldırılması məqsədilə aidiyyəti İT və proqram təminatı komandası ilə koordinasiyalı işin aparılması; Xahiş edirəm gizli kodu "555" ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik; Face ID sistemində istifadəçi hesablarının, giriş hüquqlarının və məlumat təhlükəsizliyinin daxili prosedurlara uyğun idarə edilməsi. İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; 5 günlük iş rejimi ; Müasir idarəetmə sistemi və mehriban kollektiv. Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “ İnsan Resursları üzrə Davamiyyət Operatoru (Face ID Sistemi) ” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.