Location: Bakı
Vakansiyanın tələbləri: Təhsil: Ali; İş təcrübəsi: müvafiq sahə üzrə 2-3 il; Azərbaycan dili: səlis (yazı və danışıq), İngilis dili – yüksək; MS Office (Excel, Word) proqramları üzrə yaxşı səviyyədə biliklər; Analitik düşüncə tərzi və problem həll etmə bacarığı; ƏL/TMM sahəsini tənzimləyən yerli qanunvericilik bazası və beynəlxalq standartlar üzrə bilikləri olan; IT yönümlü (SQL proqramlaşdırma dili) biliklərin olması üstünlükdür; CAMS və s. beynəlxalq sertifikatların olması üstünlükdür; Kollektivdə işləmək bacarığı. Vəzifə öhdəlikləri: Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunvericiliyə (ƏL/TMM Qanunu) əsasən müştəri uyğunluğu tədbirlərinin aparılmasını təmin etmək; Qeydi-adi və şübhəli əməliyyatların aşkar edilməsi və araşdırılması; Yüksək riskli əməliyyatlara və müştərilərə münasibətdə monitorinqlərin aparılması; Sanksiya tətbiq edilən şəxslərin siyahısına aid müştəri bazasında uyğungəlmələrin təhlili; FATCA/CRS üzrə tələblərə riayət edilməsinə nəzarət etmək; Bölmənin fəaliyyəti ilə bağlı olaraq digər struktur bölmələrlə məlumat və sənəd mübadiləsi, onlardan daxil olan sorğuların araşdırılması və müvafiq rəylərin verilməsi; AML sahəsinə dair mövcud prosedur və qaydalara əlavə və dəyişikliklərin edilməsində, həmçinin, yenilərinin yazılmasında iştirak etmək; AML sahəsində risk qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi. İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.