Yüklənir...
Location: Bakı
Vakansiyanın tələbləri: Təhsil: Orta və ya ali; İş təcrübəsi: müvafiq sahə üzrə 1-2 il; Sürücülük vəsiqəsi (B- C kateqoriyası); Çeviklik; Məsuliyyət. Vəzifə öhdəlikləri: Şirkət tərəfindən verilmiş nəqliyyat vasitəsini əvvəlcədən müəyyən olunmuş marşurt üzrə idarə etmək; Nəqliyyat vasitəsi yol hərəkəti qaydalarına və təhlükəsizlik qaydalarına uyğun düzgün şəkildə idarə etmək; Nağd pul və digər qiymətlilərin daşınması üzrə müvafiq təlimat qaydalarına riayət etmək; Avtomobilin və avadanlıqların texniki vəziyyətinə nəzarət etmək; Fövqəladə hallar zamanı əvvəlcədən müəyyən olunmuş təlimatlara əməl etmək. İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.