Yüklənir...
Location: Bakı
Vəzifə Öhdəlikləri: Qonaqlara yüksək səviyyədə xidmət göstərərək müştəri məmnuniyyətini təşviq etmək. Şirkətin standartlarına uyğun olaraq bütün qonaqları qarşılamaq və salamlamaq. Otelin restoranında mövcud olan müxtəlif məhsul və xidmətlər barədə məlumatlı olmaq və onları qonaqlara təqdim etmək. Mətbəx heyəti ilə effektiv şəkildə ünsiyyət quraraq sifarişlərin düzgün və vaxtında çatdırılmasını təmin etmək. Tələb olunduqda restoran və görüş otaqlarında masaların qurulması və təmizlənməsi işlərini həyata keçirmək. Brend standartlarına uyğun olaraq məhsulun təqdimatı, keyfiyyəti və xidmətlə bağlı proses və prosedurları yerinə yetirmək. Hesabları təqdim etmək və qonaqlardan ödənişləri qəbul etmək (POS sistemi vasitəsilə, nağd pul və kredit/debet kartlarının işlənməsi daxil olmaqla). Bütün F&B iş yeri sahələrinin təmiz, səliqəli və qonaqları qəbul etməyə hazır olmasını təmin etmək. Bütün aidiyyəti səhiyyə qaydalarına və qonaq xidməti üzrə təlimatlara riayət etmək. Namizədə Tələblər: Qonaqpərvərlik sənayesində iş təcrübəsinin olması arzuolunandır. Axşam və gecə növbələrində işləmək imkanı olmalıdır. İngilis (B2) və Rus (B2) dillərində bilməlidir. Müştəri xidmətlərinə yüksək səviyyədə fokuslanma. Aktiv dinləmə və effektiv ünsiyyət bacarıqları. Namizədin əmək haqqısı müsahibə zamanı onun bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müəyyən ediləcəkdir. Maraqlanan namizədlərdən CV-lərini mövzu yerində uyğun vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.