Yüklənir...
Location: Bakı
“MAKRO 2000 Yapı İnşaat Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı “HR Assistant” vəzifəsi üzrə vakansiya elan edir: Vəzifə öhdəlikləri: Əməkdaşların və avtomobillərin Qarabağ bölgəsinə səfər və keçidləri ilə bağlı müvafiq portal üzərindən icazələrin alınması və prosesin koordinasiya edilməsi. Qarabağ bölgəsində yerləşən layihə və iş sahələrinə ezam olunacaq əməkdaşların keçid icazələri ilə bağlı sənədlərin hazırlanması və təqdim edilməsi. Xarici vətəndaşların işə cəlb olunması ilə bağlı miqrasiya proseslərinin və sənədləşmə işlərinin aparılmasında iştirak etmək. İş və yaşayış icazələri, qeydiyyat və digər miqrasiya sənədlərinin hazırlanması, izlənilməsi və müvafiq qurumlarla koordinasiyanın həyata keçirilməsi. İnsan Resursları şöbəsinə aid sənədlərin düzgün və sistemli şəkildə qeydiyyatının və arxivləşdirilməsinin təmin edilməsi. Şöbə rəhbəri tərəfindən verilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək. Tələblər: İnsan resursları və ya kadr sənədləşməsi sahəsində ən azı 1 il iş təcrübəsi. Ali təhsil (İnsan Resursları, Menecment və ya uyğun sahə üzrə üstünlükdür) Əmək Məcəlləsi üzrə əsas biliklər. MS Office proqramları və ERP prqoramında işləmək bacarığı. Sənədlərlə işləmək və dəqiq qeydiyyat aparmaq bacarığı. Bəy namizədlərə üstünlük veriləcək. Yaş həddi 22-30 İş şərtləri və təminatlar: İş qrafiki: Həftədə 6 iş günü, şənbə günü qısaldılmış iş rejimi Könüllü tibbi həyat sığortası. Korperativ mobil nömrə. Əmək haqqı 600-800 Azn İş yeri ünvanı - Baş ofis. Bakı şəhəri Səməd Vurğun 43.World Business Center. Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “HR Assistant” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.