Yüklənir...
Location: Bakı
İş yeri: Şamaxı rayonu, Meysəri Grand Hotel & SPA Vəzifə öhdəlikləri Qonaqları yüksək xidmət standartlarına uyğun qarşılamaq və xidmət göstərmək; Menyu haqqında qonaqlara məlumat vermək və sifarişləri düzgün qəbul etmək; Sifarişlərin mətbəx və bar komandalarına vaxtında və düzgün ötürülməsini təmin etmək; Yemək və içkilərin təqdimat standartlarına uyğun şəkildə servis edilməsini təmin etmək; Masaların servisini hazırlamaq və xidmət sonrası səliqəni qorumaq; Qonaqların istək və sorğularına operativ şəkildə cavab vermək; Şikayət və iradlar yarandığı halda müvafiq rəhbərə məlumat vermək; Gigiyena, təhlükəsizlik və otelin daxili xidmət standartlarına riayət etmək; Komanda üzvləri ilə effektiv əməkdaşlıq etmək. Tələblər Otel, restoran və ya F&B sahəsində iş təcrübəsi; Azərbaycan dilində sərbəst danışıq bacarığı; İngilis və Rus dili bilikləri – minimum Pre-Intermediate səviyyə; Yüksək ünsiyyət və qonaqpərvərlik bacarıqları; Səliqəli xarici görünüş və nəzakətli davranış; Komandada işləmək bacarığı; Növbəli iş qrafikində işləməyə hazır olmaq; Məsuliyyətli, çevik və diqqətli olmaq; İş yerinin Şamaxı rayonunda yerləşdiyini nəzərə alaraq həmin ərazidə işləmək imkanının olması. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ofisiant” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.