Location: Bakı
Vəzifə öhdəlikləri: Gündəlik ödənişlərin hazırlanmasına və icrasına dəstək göstərilməsi; Hesab-fakturaların, qəbzlərin və digər mühasibat sənədlərinin yoxlanılması və sistemləşdirilməsi; İlkin sənədlər əsasında məlumatların 1C proqramına daxil edilməsi; Mühasibat sənədlərinin saxlanılması və arxivləşdirilməsi; Mühasibatlıq üzrə verilən digər gündəlik tapşırıqların yerinə yetirilməsi. Tələblər: Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqədar sahə üzrə təhsil; Mühasibat uçotu üzrə ilkin biliklər; MS Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı; 1C proqramı üzrə biliklər üstünlükdür; Mühasibatlıq və ya maliyyə sahəsində iş təcrübəsi üstünlükdür, lakin məcburi deyil; Sadə riyazi hesablamaları dəqiq aparmaq bacarığı; Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı; Diqqətli, məsuliyyətli və öyrənməyə həvəsli olmaq; Komandada işləmək bacarığı. İş barədə məlumat: Əməkhaqqı: 500 AZN ; İş yeri: Bakı şəhəri, Aşıq Molla Cümə küçəsi; İş qrafiki: həftədə 5 gün, saat 09:00–18:00; Rahat ofis şəraiti və mehriban komanda. Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Kiçik mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.