Location: Bakı
Motor Clinic MMC minik avtomobillərinin təmiri və texniki xidməti sahəsində təcrübəli, peşəkar və işinə məsuliyyətlə yanaşan Çilingər axtarır. Vəzifə öhdəlikləri: Minik avtomobillərində yaranan nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması; Mexaniki hissələrin təmiri və zərurət olduqda dəyişdirilməsi; Avtomobillərə texniki baxışın keçirilməsi və profilaktik işlərin görülməsi; Təmir avadanlıqlarından düzgün və təhlükəsiz istifadə edilməsi; Görülən işlərin keyfiyyətinə və texniki təhlükəsizlik qaydalarına riayət olunması. Namizədə tələblər: Müvafiq sahə üzrə minimum 3–5 il iş təcrübəsi; Avtomobillərin mexaniki sistemləri üzrə texniki bilik və praktiki bacarıqlar; Nasazlıqları düzgün müəyyən etmək və aradan qaldırmaq bacarığı; Məsuliyyətli, intizamlı və diqqətli olmaq; Komandada işləmək bacarığı; İşinə ciddi və peşəkar yanaşmaq. İş şəraiti: İş qrafiki: 09:00–18:00; İş günləri: Həftədə 6 gün; Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq razılaşma yolu ilə; Stabil iş yeri və normal iş şəraiti. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.