Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Biznes tələblərini hesabatlara və/və ya idarəetmə panellərinə (dashboards) çevirmək; Power BI vasitəsilə (digər vizuallaşdırma alətlərindən də istifadə arzuolunandır) keyfiyyətli hesabat və məlumat vizuallaşdırma həllərini layihələndirmək Müxtəlif statistik metodlardan istifadə edərək məlumatların analiz nəticələrini şərh etmək; Müxtəlif mənbələrdən məlumatların çıxarılması və tədqiqatını idarə etmək; Bazardakı imkanlar, risklər, müxtəlif mövzular və trendlər üzrə analizlər aparmaq və hesabatlar hazırlamaq; Tədqiqat və analiz nəticələrini icra oluna bilən fəaliyyət planlarına çevirmək; Cari biznes strategiyası çərçivəsində tətbiq olunan taktikalar üzrə əsaslandırılmış tövsiyələr və zəruri korreksiyalar təklif etmək; Şirkətin cari performansı barədə müntəzəm biznes analizi hesabatlarını hazırlamaq; Analiz nəticəsində əldə edilmiş tapıntıları və anlayışları biznes rəhbərlərinə və maraqlı tərəflərə şifahi və yazılı formada peşəkar şəkildə təqdim etmək. Tələblər: İqtisadiyyat, Biznes, Riyaziyyat, Statistika, Maliyyə və əlaqəli sahələr üzrə ali təhsil Böyük həcmli məlumatlarla işləmə bacarığı Baza maliyyə və mühasibatlıq bilikləri; Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (İngilis dilini texniki səviyyədə bilməsi mütləqdir.); Güclü MS PowerPoint və MS Excel bacarıqları, hesabat xarakterli təqdimatların hazırlanması təcrübəsi; Detallara qarşı diqqətli və yaradıcı yanaşma; Yüksək Power BI , Python/R bilikləri, digər proqram təminatları və proqramlaşdırma dilləri üstünlükdür. Müvafiq sahədə ən azı 1-2 il iş təcrübəsi tələb olunur. İş şəraiti: Ofis daxili; İş rejimi həftənin 5 günü (09:00 – 18:00); Təşəbbüskar təkliflərin dəyərləndirilməsi; Əmək haqqının 15 gündən bir ödənilməsi; Tibbi sığorta təminatının verilməsi; Nahar xərcinin təmin olunması; “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi; Maraqlananlardan xahiş olunur, Müraciət et düyməsində qeyd olunan linkə daxil olub, CV-nizi yönləndirəsiniz. Link - https://career.mpay.az/public/OxbWQUCkhJkEBwa85Gx9nQ/vacancy/15