Məhsul Kateqoriyası üzrə İstehsalat Meneceri (NesCake) - Neptun Supermarket

Location: Bakı

Vəzifə öhdəlikləri: Şirniyyat və mayalı məhsul kateqoriyalarının istehsal prosesinə gündəlik nəzarətin həyata keçirilməsi; Məhsul keyfiyyət standartlarının qorunmasını və davamlı nəzarəti təmin etmək; Məhsul çeşidliliyinin artırılması və yeni məhsulların hazırlanması prosesində iştirak etmək; İstehsalat planlamasının düzgün təşkili və icrasına nəzarət etmək; Vitrin sərgilənməsi və məhsulların təqdimat standartlarına uyğunluğunu təmin etmək; İstehsal komandası arasında iş bölgüsünü və koordinasiyanı təşkil etmək; Gigiyena, sanitariya və qida təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək; Xammal və hazır məhsul keyfiyyətinə nəzarət etmək; İstehsalat prosesində operativ problemlərin həllini təmin etmək; Mövsümi və kampaniya məhsullarının hazırlanması prosesini idarə etmək. Tələblər: Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi; İstehsalat proseslərinin idarə olunması üzrə bilik və təcrübə; Məhsul keyfiyyəti və qida təhlükəsizliyi standartları haqqında məlumatlı olmaq; Məhsul çeşidliliyi və yeni məhsul inkişafı üzrə düşüncə bacarığı; Komanda idarəetmə və təşkilatçılıq bacarığı; Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti; Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq; Gərgin iş mühitində işləmə bacarığı; MS Office proqramlarında işləmək bacarığı; Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı; Vitrin təqdimatı və məhsul sərgilənməsi sahəsində anlayışın olması. İş şəraiti: İş günləri: I-VI günlər İş saatı: 09:00-18:00 (şənbə günü yarım iş qrafiki) Rəqabət qabiliyyətli əmək haqqı Nahar şirkət tərəfindən təmin edilir Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.