Yüklənir...
Location: Bakı
Hazırda şirkətimizə Əsas Vəsaitlər və İnventar üzrə Kiçik Mühasib tələb olunur. İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km Tələblər: İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarəedilməsi üzrə ali təhsil Əsas Vəsaitlər və İnventar üzrə Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi Əla səviyyədə MS Excel biliyi Orta səviyyədə ingilis dili biliyi ACCA, CİMA, CPA sertifikatları üzrə göstəricilər Tələb olunan kompetensiyalar: Müştəriyönümlülük Əməyin mühafizəsi qaydalarından xəbərdar olma Bütövlük Yenilikçilik Əsas vəzifə və öhdəliklər: Əsas vəsaitlərin hərəkətinin ERP – SAP sistemində monitorinqi və əsas vəsaitlərin qeydiyyatının müvafiq qaydada tənzimlənməsi; İnventar və əsas vəsaitlərin alınmasına nəzarət və yanlış qeydlərin korrektə edilməsi; Əsas vəsaitlərlə bağlı məsələlərin anbardan istehsalatadək nəzarət və uçotu; Əsas vəsaitlərin amortizasiyası və təmirinin nəzarət və uçotu; Əsas vəsaitlərlə bağlı strategiya və prosedurların tərtib edilməsinə dəstək; Mühasibatlıq və digər şöbələrlə birlikdə doğru və səmərəli uçot üsullarının, həmçinin əsas vəsaitlərin uçotu, qeydiyyatı və hesabatları ilə bağlı digər şöbələrin biznes ehtiyaclarının təmin edilməsi; Həftəlik/aylıq/yarımillik/illik fiziki inventarizasiyada iştirak etmək və fərqlərin qeydə alınması İnventarizasiya üzrə strategiya və prosedurların bərqərar edilməsinə dəstək; Gündəlik, həftəlik, aylıq və xüsusi inventarizasiya və istehlak hesabatlarının hazırlanması və bütün əlaqədar şöbələrə təqdim edilməsi; İstehsal və təchizat şöbələri ilə birlikdə inventarizasiya qeydlərinin düzgün aparılmasının təmin edilməsi; Mühasibatlıqla birlikdə bütün məhsulların maya dəyərinin satış qiymətlərində və saxlanma xərclərində düzgün qeydə alınmasının təmin edilməsi; Kapital xərclər (CAPEX) və ya Əməliyyat xərcləri (Opex) uçot mərkəzlərində malların düzgün təsnif edilməsi üçün digər şöbələrlə əməkdaşlıq; Anbardakı malların zədələnməsi, sınması və köhnəlməsinin qarşısının alınması üçün nəzarətin anbar işçilərilə əməkdaşlıq; Köhnəlmiş/artıq malların anbardan çıxarılması üçün baxış keçirilməsi; Mal-materialların hər həftə və hər ay yoxlanması, fərqlərin qeydiyyatının aparılması; Mal-materialların ERP sistemi – SAP üzrə düzgün qeydiyyata salınmasına nəzarət; İnventarizasiya siyasətlərinin və prosedurlarının bərqərar və tətbiq olunmasına dəstək; Məhsulların qiymətlərində maya dəyərinin və anbar xərclərinin nəzərə alınmasını təmin etmək üçün mühasibatlıqla əməkdaşlıq; Satınalmalarla bağlı sifariş tələbləri (PR), sifariş əmrləri (PO) və müqavilələr kimi sənədlərin yerində olmasını və SAP sisteminə daxil edilməsinin təmin olunmasına dəstək; Birbaşa rəhbərin və/və ya şirkət rəhbərliyinin xüsusi tapşırıqlarının yerinə yetirilməsi; Lazım gələrsə Maliyyə şöbəsindəki digər bölmələrə tapşırıqların yerinə yetirilməsində dəstək; Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq; Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək. Biz nə təklif edirik: Könüllü tibbi siğorta Nəqliyyat Şəxsi və peşəkar inkişaf imkanları İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti Digər imtiyazlar CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.