Yüklənir...
Location: Bakı
Təsvir ƏL/TMM sistem təminatlarının qarşılıqlı inteqrasiyasını inkişaf etdirmək; Requlyativ hesabatların icrası; Nəzarət orqanları tərəfindən daxil olmuş sorğuları cavablandırmaq və nəzarət orqanları və Bank arasındakı məlumat mübadiləsini təmin etmək; ƏL/TMM sahəsində siyasət və prosedurlar üçün məzmunu (məs. ƏL/ÖMT/TM siyasəti və prosedurları) hazırlamaq / inkişaf etdirmək; Biznes mərkərzlərindən, MM-dən və digər departamentlərdən daxil olmuş ƏL/TMM ilə əlaqəli sorğuları cavablandırmaq; Bankın müştəri qəbulu və Öz-Müştərini-Tanı prosedurlarında iştirak etmək, yerli və xarici qanunvericiliyə müvafiq şəkildə Müştəri Eyniləşdirməsini həyata keçirmək; Gündəlik əsasda əməliyyatların ƏL/TMM proqram təminatı vasitəsi ilə monitorinq etmək; Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icra etmək. Tələblər Təhsil: İqtisadiyyat sahəsində (və digər uyğun sahədə) ali təhsil (bakalavr) Tələb olunan iş təcrübəsi: minimum 2 il Lisenziya / Sertifikat: CAMS, CGSS və s. kimi sertifikatların olması arzuolunandır Xarici dillər: İngilis (səlis) / Rus Kompüter bilikləri: Microsoft Office Stressə davamlılıq və kollektivdə işləmək bacarığı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.