Location: Bakı
Sürətlə böyüyən Payonix komandamıza, rəqəmsal maliyyə və kredit məhsullarımızın inkişafına rəhbərlik edəcək, müştəri ehtiyaclarını biznes məqsədləri ilə uğurla birləşdirə biləcək təşəbbüskar və nəticəyönümlü Product Owner ( axtarırıq. Vəzifə öhdəlikləri: App (mobil tətbiq) üzərindən kreditin verilməsi prosesini uçdan-uca dəstəkləmək və prosesin fasiləsiz işləməsini təmin etmək; Müraciətdən kreditin təsdiqinə və vəsaitin köçürülməsinə qədər olan mərhələləri xəritələşdirmək və çətinlikləri müəyyənləşdirmək; MKR və digər kredit məlumat mənbələrindən istifadə etməklə müştəriyə uyğun kredit təkliflərinin formalaşdırılmasına dəstək vermək; Kredit məhsulunun App daxilində istifadəçi təcrübəsini davamlı təhlil edərək konversiyanın artırılması üzrə təkliflər hazırlamaq; Aktivliyini itirmiş müştəri seqmentlərini (churn) müəyyənləşdirmək və davranışa görə qruplaşdırmaq; Churn səbəblərini dərinləşdirilmiş təhlil əsasında araşdırmaq və məhsul səviyyəsində həll yolları təklif etmək; Geri qazanma (win-back) məqsədilə hədəflənmiş kampaniyalar hazırlamaq və marketinq/CRM komandaları ilə əlaqələndirmək; Credit scoring modelinin davamlı təkmilləşdirilməsi məqsədilə risk və data komandaları ilə əməkdaşlıq etmək; Scoring meyarlarına dair biznes tələblərini formalaşdırmaq və modelin performansını izləmək; Müştəri ehtiyaclarını, davranış modellərini və pain point-ləri data analitikası və istifadəçi tədqiqatları vasitəsilə araşdırmaq; Product Backlog-u formalaşdırmaq, davamlı yeniləmək və biznes dəyərinə görə prioritetləşdirmək; İstifadəçi hekayələrini və qəbul meyarlarını hazırlamaq, komandalarla tələbləri dəqiqləşdirmək; Yeni məhsul və funksionallıqlar üzrə Product Discovery aparmaq; Data əsasında məhsulun davamlı təkmilləşdirilməsini təmin etmək; Kredit məhsulunun biznes nəticələrini mütəmadi olaraq rəhbərliyə təqdim etmək; Tələblər: BOKT, bank, fintech və ya kredit məhsulları sahəsində iş təcrübəsi; Kredit məhsullarının iş prinsipləri haqqında yaxşı anlayış; Credit scoring, underwriting və kredit qərarvermə prosesləri haqqında praktiki anlayış; Product Backlog idarəetməsi və Agile/Scrum metodologiyaları üzrə təcrübə; Güclü analitik düşüncə və problem-solving bacarığı; Komanda daxilində və çarpaz-funksional komandalarla effektiv əməkdaşlıq bacarığı. İş şəraiti: İş rejimi: tam iş günü; İstirahət günləri: Şənbə, Bazar; İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Malibo Residence Əmək haqqı: Müsahibə əsasında dəyərləndiriləcək. Maraqlanan namizədlər CV-lərini vakansiyanın adını mövzu (subject) hissəsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu doldurub göndərə bilərlər.