Massajçı (Therapist) - Qafqaz Baku City Hotel & Residences

Location: Bakı

Vəzifə təlimatı:  Massaj otağına qonaqları qəbul edir, onlar barəsində zəruri məlumatları (travmalar, xəstəliklər, həkimin təyinatı (fitness-təlimatçısının), əks göstərişlər, məqsəd və s.) öyrənir; Massajın tipini və növünü müəyyən edir; Sertifikatlaşdırılmış massaj avadanlığı və inventardan istifadə edir, massaj avadanlığını və inventarını massaj seansı üçün hazırlayır; Massaj seansını (ümumi sağlamlıq, idman, anti-sellülit,klassik,aromaterapiya,ekzotik,kosmetoloji və digər növləri) masaj qaydalarına riayət etməklə keçirir; Qonağın “problemli” yerlərini müəyyənləşdirir və seqment massajı edir; Qonaqlara özünü-massaj etmək imkanları və digər peşəkar məsələlər barəsində tövsiyyələr verir; Qonaqlardan öyrəndiyi məlumatların konfidensiallığını təmin edir; Massaj otağında zəruri təmizlik və səliqəni təmin edir; Massaj sahəsində yerli və xarici təcrübəni öyrənir,həmçinin öz ixtisasını sistematik olaraq artırır; Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirir Tələblər Azərbaycan dili mükəmməl səviyyədə Rus dili və ingili dili danışıq səviyyədə Səlis danışıq qabiliyyəti Analoji sahədə ən azı 1 il iş təcrübəsi (4 və 5 ulduzlu hotellərdə iş təcrübəsinə üstünlük verilir); Enerjili,punktual,məsuliyyətli,kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli Mehriban və kollektiv ilə birgə işləmə bacarığının olması Vəzifə öhdəliklərinin tam və vaxtında icra etmə bacarığının olması Şərtlər: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; Həftədə 6 iş günü, 1 gün istirahət; Əmək haqqı: Razılaşma əsasında Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “ Massajçı (Therapist) ” qeyd etməyiniz xahiş olunur