Yüklənir...
Location: Bakı
Port Baku ərazisində fəaliyyət göstərəcək Art Studio-ya Administrator (Reception) vəzifəsi üzrə xanım əməkdaş axtarılır Əsas vəzifə öhdəlikləri: Studiyaya gələn qonaqların və müştərilərin qarşılanması və yönləndirilməsi; Müştərilərə studiyanın xidmətləri və fəaliyyət istiqamətləri haqqında ilkin məlumatın verilməsi; Daxil olan telefon zənglərinin cavablandırılması; Müştərilərin qeydiyyatının aparılması və dərs / məşğələ cədvəlinin koordinasiyası; Görüşlərin və məşğələlərin vaxtının planlaşdırılması; Gündəlik inzibati işlərin və sənədləşmənin həyata keçirilməsi; Müştərilərlə peşəkar və nəzakətli ünsiyyətin təmin edilməsi; Studiyada səliqə-sahmanın və ümumi iş mühitinin nəzarətdə saxlanılması; Rəhbərlik tərəfindən verilən digər inzibati tapşırıqların yerinə yetirilməsi. Namizədə dair tələblər: Ali təhsil; Müvafiq sahə üzrə iş təcrübəsi mütləqdir; Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq bacarığı; Yüksək ünsiyyət və təqdimat bacarıqları; Müştərilərlə effektiv ünsiyyət qurmaq bacarığı; Məsuliyyətli, diqqətli və punktual olmaq; Səliqəli xarici görünüş və peşəkar davranış. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .