Korporativ Satış üzrə Mütəxəssis - Supertoys

Location: Bakı

Böyüyən komandamıza Korporativ Satış üzrə Mütəxəssis axtarırıq! Əgər satış bacarığınız güclüdürsə və müştəri yönümlü yanaşmaya sahibsinizsə, sizi komandamıza dəvət edirik! Vəzifə öhdəlikləri: Yeni korporativ müştərilərin axtarılması və cəlb edilməsi  Şirkət, məktəb, bağça və digər təşkilatlarla B2B satış əlaqələrinin qurulması  Mövcud korporativ müştərilərlə münasibətlərin inkişaf etdirilməsi  Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsulların təklif edilməsi  Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi  Qiymət, məhsul və satış şərtləri üzrə danışıqların aparılması  Sifarişlərin qəbulundan çatdırılmaya qədər prosesin koordinasiyası  Satış hədəflərinin yerinə yetirilməsi  Bazarın və rəqiblərin araşdırılması  Korporativ müştəri bazasının genişləndirilməsi  Görüşlər və satış fəaliyyətləri barədə hesabatların hazırlanması Namizədə tələblər: Ali təhsil (arzuolunandır) Korporativ/B2B satış sahəsində minimum 1 il iş təcrübəsi Yaş həddi: 25-35 Yüksək ünsiyyət və təqdimat bacarığı Komandada işləmək və satış hədəflərinə fokuslana bilmək Məsuliyyətli, təşəbbüskar və nəticəyə yönəlik yanaşma Rus dili biliyi üstünlükdür  Hazır müştəri portfelinin olması üstünlükdür Sürücülük vəsiqəsi və avtomobilin olması üstünlükdür İş şəraiti: Əmək haqqı: 700 AZN + satışdan bonus İş qrafiki: 6 günlük, şənbə günü qısa iş saatı  Karyera inkişafı və öyrənmə imkanları Rahat və peşəkar iş mühiti CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Korporativ satış mütəxəssisi” başlığı ilə göndərin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq