Yüklənir...
Location: Bakı
Zəng mərkəzi operatorunun vəzifə öhdəlikləri: Daxil olan zəngləri cavablandırmaq və müştərilərin suallarını ətraflı cavablandırmaq. Şirkətin məhsul və ya xidmətləri barədə dəqiq təqdim etmək. Müştərilərlə biznes etikaya uyğun, mehriban, nəzakətli ünsiyyət qurmaq. Daxil olan zəngləri sistemdə və müvafiq proqramda qeyd etmək, məlumat bazasını yeniləmək, müştəri detalları, müraciətlər, şikayətlər və s. qeydləri aparmaq. Müştəri şikayətləri, sorğuları və problemləri qəbul edib, həll yolları təqdim etmək və ya məsələni aidiyyəti şöbəyə yönləndirmək. Geri əlaqə (follow-up) zəngləri etmək, müştəri məmnuniyyətini yoxlamaq və müştəri bazasını idarə etmək. Tələblər: Orta ixtisas və ya ali təhsil; Müvafiq vəzifədə minimum 1 il iş stajı; Səlis və aydın nitq, düzgün diksiya; Azərbaycan dili və Rus dili biliyi əsas üstülükdür; Kompyuter bilikləri, ofis proqramlarından istifadə bacarığı; İş şəraiti barəsində məlumat: İş qrafiki: 2 növbəli iş qrafiki Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.