Location: Bakı
Lokasiya: Sabah Residence Kompleksi, Bakı şəhəri, Səbail rayonu İş rejimi: Tam iş günü Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək Vəzifə öhdəlikləri Şirkət və müştəri layihələri üçün kontent və copywriting strategiyasının hazırlanması və idarə edilməsi. Azərbaycan və rus dillərində kreativ, satışyönümlü və brendə uyğun mətnlərin hazırlanması. Sosial media, website, reklam kampaniyaları, PR, email marketing və digər kommunikasiya kanalları üçün kontentlərin hazırlanması. Kreativ kampaniyalar üçün ideyaların, kommunikasiya konsepsiyalarının, slogan və əsas mesajların hazırlanması. Reklam mətnləri, headline, CTA, video ssenariləri, sosial media postları və digər copywriting materiallarının hazırlanması. Brendin kommunikasiya üslubunun (Tone of Voice) formalaşdırılması və bütün kanallarda ardıcıl şəkildə qorunması. Kontent planlarının hazırlanması və kontent istehsalı prosesinin idarə edilməsi. Hazırlanan kontentlərin redaktəsi və keyfiyyətinə nəzarət. Bir neçə layihə üzrə paralel kontent proseslərinin və deadline-ların idarə edilməsi. Kreativ, dizayn, marketinq və digər daxili komandalarla sıx əməkdaşlıq. Müştəri briflərinin analiz edilməsi və onların biznes məqsədlərinə uyğun kreativ məzmun həllərinin hazırlanması. Auditoriya, bazar və rəqiblərin kommunikasiya üslubunun araşdırılması. Kontent performansının izlənilməsi, nəticələrin analiz edilməsi və məzmun strategiyasının optimallaşdırılması. Junior və Middle səviyyəli copywriter və kontent mütəxəssislərinə istiqamət vermək və işlərinə nəzarət etmək. Tələblər Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı. Rus dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı. İngilis dili biliyi üstünlükdür. Copywriting, Content Marketing, Creative Writing və ya əlaqəli sahədə ən azı 3 il iş təcrübəsi . Güclü copywriting və redaktə bacarıqları. Kreativ düşüncə və yeni ideyalar yaratmaq qabiliyyəti. Müxtəlif auditoriyalar üçün uyğun kommunikasiya dili formalaşdırmaq bacarığı. Digital marketing və sosial media platformaları haqqında yaxşı anlayış. Brend strategiyası və Tone of Voice prinsipləri barədə anlayış. Eyni anda bir neçə layihə və deadline ilə işləmək bacarığı. Güclü kommunikasiya, təşkilatçılıq və komanda ilə işləmə bacarıqları. Portfolio təqdim etmək mütləqdir. Üstünlükdür Reklam və ya kreativ agentlikdə iş təcrübəsi. Real Estate, Lifestyle və ya Premium brendlərlə iş təcrübəsi. Kreativ kampaniyaların hazırlanması və həyata keçirilməsində təcrübə. Kontent və ya copywriting komandasının idarə edilməsində təcrübə. Müştərilərlə birbaşa işləmə və təqdimat təcrübəsi. CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək, email-in mövzu hissəsində “Senior Content & Copywriting Manager” vakansiyasının adını qeyd etməyiniz xahiş olunur.