Yüklənir...
Location: Bakı
"Veysəloğlu" MMC Mərkəzi Sınaq Laboratoriyası Şöbəsinə, "Kimyaçı Mühəndis" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz: Vəzifə öhdəlikləri: Laboratoriyada yerləşən avadanlıqların iş təlimatlarına uyğun olaraq analizlər aparmalıdır; AZS, QOST, İSO, Avropa və digər başqa beynəlxalq standartlara uyğun analizlər aparmalıdır; Cihazların vaxtaşırı (iş təlimatlarına uyğun) yoxlamasını etməlidir; Cihaz və avadanlıqların texniki qulluğunu yerinə yetirməlidir; Periodik olaraq (ay, rüb, il ərzində) fiziki-kimyəvi laboratoriyanın hesabatını hazırlamalı, rəhbərliyə təqdim etməlidir; Etdiyi analizlərin nəticələrinin qeydlərini aparmaq, analiz nəticələrini üst rəhbərliyinə vaxtında çatdırmalıdır; Laboratoriyada istifadə edilən məhlulları, qarışıqları hazırlamalıdır; İş yerini, istifadə etdiyi avadanlığı, cihazları, qabları təmiz və işə hazır vəziyyətdə saxlamalıdır; Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etməlidir; Analiz metodları üzərində işləməklə daha müasir, sərfəli və tez cavab verən metodların istifadəsini təklif etməlidir; Laboratoriyada validasiya-verifikasiya analizlərinin aparılmasında iştirak etmək. Fiziki-kimyəvi laboratoriyanın ləvazimat və reaktiv sərfiyyatını nəzarətdə saxlamalı, vaxtında sifariş edilməsini təmin etməlidir; Fiziki-kimyəvi laboratoriyalar arasında qarşılıqlı-müqayisəli analizlərin aparılmasında iştirak etməlidir. Tələblər: Kimya, biologiya və ya qida mühəndisliyi sahəsində ali təhsilə malik olmalıdır; Ən azı 2 il təcrübə arzuolunandır; Azərbaycan dili (əla), İngilis və Rus dili arzuolunandır; MS Office, Outlook, Teams proqramlarından istifadə edə bilməlidir; İxtisası haqqında ümumi müddəaları bilməlidir; Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını bilməlidir; İSO 17025 standartının tələblərinə uyğun qeydiyyatların aparılması, hesabatların hazırlanması; statistik hesabatların tutulması qaydalarını bilməlidir; Şirkətin korporativ prosedur, təlimat, qayda və əsasnamələrini bilməlidir; Analitik düşünməyi, dəyərləndirməyi, vaxtında doğru qərar almağı bacarmalıdır; İş təhlükəsizliyi, işçi sağlamlığı, sanitariya ve ekologiyanın mühafizəsi tədbirlərini bilməlidir; Laboratoriyada işləməyə mane olan xroniki xəstəliyi olmamalıdır; İş şəraiti İş yeri: Bakı şəhəri İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək Əməkhaqqı: Müsahibə əsasında təyin edilir Təminatlar: İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma; Nahar ödənişi. Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Kimyaçı Mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.