Location: Bakı
Əsas öhdəliklər: Tədris prosesinin planlaşdırılması, təşkili və keyfiyyətinə nəzarət etmək; Dərslərin mütəmadi monitorinqini həyata keçirmək, nəticələri qiymətləndirmək və müəllimlərə konstruktiv geribildirim vermək; Müəllimlərin seçilməsi, adaptasiyası, fəaliyyətinin qiymətləndirilməsi və peşəkar inkişafı prosesini idarə etmək; Müəllimlər üçün pedaqoji müzakirələr, seminarlar və daxili təlimlər təşkil etmək; Mövcud tədris proqramlarını təhlil etmək və təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq; Bazar və tələbə ehtiyaclarına uyğun yeni kurs və tədris proqramlarının hazırlanmasında iştirak etmək; Tələbələrin bilik səviyyəsinin ölçülməsi üçün test və sınaq imtahanlarının hazırlanması və keçirilməsi prosesinə nəzarət etmək; Tələbə nəticələrini və geribildirimlərini təhlil edərək tədrisin inkişafı üzrə tədbirlər müəyyən etmək; Təhsil bazarını, rəqiblərin proqramlarını, metodologiyalarını və qiymət strategiyalarını araşdırmaq; Marketinq komandası üçün kurslar üzrə dəqiq və informativ xidmət brifləri hazırlamaq; Satış komandası ilə əməkdaşlıq edərək kursların məzmunu, üstünlükləri və dəyər təklifi barədə düzgün məlumatlandırmanı təmin etmək; Tədris keyfiyyəti, müəllim performansı və tələbə nəticələri üzrə mütəmadi hesabatlar hazırlamaq. Kvalifikasiya tələbləri: Təhsili: Ali təhsil; İş təcrübəsi: Müvafiq vəzifədə 2 il iş təcrübəsi; (Dövlət Məşğulluq Agentliyi və ya dövlət layihələri ilə iş təcrübəsi üstünlük hesab olunur.) Yaş həddi: 25–40. Tələb olunan bilik və bacarıqlar: Tədris metodologiyaları və müasir öyrənmə yanaşmaları haqqında bilik; Tədris proqramlarının hazırlanması üzrə bilik; Test və digər qiymətləndirmə vasitələrinin hazırlanması prinsipləri haqqında bilik; Təlim və tədris proseslərinin planlaşdırılması və koordinasiyası bacarığı; Müəllim/təlimçi heyətinin idarə edilməsi və fəaliyyətinin qiymətləndirilməsi bacarığı Dərs müşahidəsi və tədris keyfiyyətinin qiymətləndirilməsi bacarığı; Analitik düşüncə və hesabat hazırlama bacarığı; MS Office, xüsusilə Excel və təqdimat proqramlarından istifadə bacarığı; Google Sheets, Google Forms və onlayn iş platformaları ilə işləmə bacarığı; İngilis dilində danışıq bacarığı (C2 səviyyəsi tələb olunur). Təklif edirik: Əmək haqqı: Razılaşma yolu ilə 6 günlük iş qrafiki; Karyera inkişaf imkanı; Dinamik və inkişafyönümlü iş mühiti; Nahar şirkət tərəfindən təmin edilir. Ünvan: Elmlər Akademiyası, Zahid Xəlilov küçəsi 25A. Tələblərə cavab verən namizədlər Müraciət et düyməsində qeyd edilmiş linkə daxil olaraq öz məlumatlarını daxil edə bilərlər.