Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri Şirkətin müqavilə və digər hüquqi sənədlərinin hazırlanması, ekspertizası və razılaşdırılması; Müştərilər, tərəfdaşlar və podratçılarla bağlanan müqavilələrin risklərinin hüquqi qiymətləndirilməsi; FinTech fəaliyyətinə aid lisenziyalaşdırma, maliyyə monitorinqi, rəqəmsal ödənişlər və data qorunması ilə bağlı hüquqi məsələlərin həllində iştirak; Şirkətin maraqlarını məhkəmə və digər dövlət orqanlarında təmsil etmək; Hüquqi rəy və məsləhətlərin verilməsi; Əmək münasibətlərinin hüquqi tənzimlənməsi (əmək müqavilələri, daxili intizam qaydaları və s.); Şirkətin daxili qayda və prosedurlarının hazırlanmasında hüquqi dəstək göstərmək; Şirkətin fəaliyyəti ilə bağlı AML/CFT (pul yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə), data privacy və maliyyə qanunvericiliyi sahələrində uyğunluğun təmin olunmasında iştirak; Şirkətin adından dövlət orqanları və digər təşkilatlarla yazışmalar aparmaq; Şirkətin işçilərindən hüquqi məsələlərlə, rəhbərliyin qərarlarının icrası ilə bağlı zəruri məlumat və sənədləri tələb etmək; Müqavilə və qərarların qanunvericiliyə zidd olması barədə rəhbərliyi məlumatlandırmaq və onların icrasını dayandırmağı təklif etmək; Öz səlahiyyətləri çərçivəsində hüquqi rəy vermək və şirkətin maraqlarının qorunması ilə bağlı təşəbbüs göstərmək; Hüquqi sənədləri düzgün hazırlamaq; Kommersiya sirrinin və konfidensial məlumatları qorumaq. Bilməlidir: Mərkəzi Bankın ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən təşkilatlardan tələb etdiyi qaydaları; Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında AR qanununu. Maliyyə xidmətləri sahəsində yerli və beynəlxalq qanun və qaydaları Vəzifə tələbləri: Ali təhsil (hüquq sahəsində) Aidiyyatı sahə üzrə minimum 2-3 il iş təcrübəsi; Fintech, maliyyə və ya bank sahəsində iş təcrübəsi olanlara üstünlük verilir; Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .