Yüklənir...
Location: Bakı
İş şəraiti Mikro və Aqro bankçılıq mərkəzi İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə) Ünvan: Bakı, Sumqayıt, Qəbələ, Gəncə şəhəri. Tələblər: Ali təhsil (maliyyə, iqtisadiyyat və ya digər uyğun ixtisaslar üzrə yeni məzunlar üstünlükdür); Bank və ya maliyyə sahəsinə maraq; Azərbaycan dilində sərbəst danışıq bacarığı; MS Office proqramlarında (xüsusilə Excel) işləmək bacarığı; Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı; Məsuliyyətlilik, dəqiqlik və öyrənməyə həvəs. İşin təsviri: Mikro və Aqro kredit müraciətləri üzrə sənədlərin toplanması və ilkin yoxlanılmasında dəstək göstərilməsi; Kredit sənədlərinin hazırlanması və Kredit Komitəsinə təqdim olunması prosesində iştirak; Potensial müştərilərlə ilkin əlaqələrin qurulmasında dəstək; Müqavilələrin hazırlanması və hesabların açılması prosesində assistent kimi iştirak; Kredit portfelinin monitorinqində və hesabatların hazırlanmasında dəstək; Bankdaxili prosedurlara uyğun olaraq gündəlik əməliyyat proseslərində iştirak. Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Mikro kreditlər üzrə təcrübəçi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.