Brand Activation & Partnerships Specialist - Apar (Bike-Sharing Startup)

Location: Bakı

Vəzifə öhdəlikləri: Yeni tərəfdaşların axtarışı, potensial əməkdaşlıq imkanlarının araşdırılması və işgüzar görüşlərin təşkili; Brendin tanıdılması və bazarda mövqeyinin gücləndirilməsi üçün kreativ marketinq ideyalarının hazırlanması və həyata keçirilməsi; Tədbir, festival, promoaksiya və digər marketinq aktivliklərinin planlaşdırılması və təşkilində iştirak; Şirkətin tədbirlərdə və tərəfdaş görüşlərində peşəkar şəkildə təmsil olunması; Sponsorluq, barter və digər əməkdaşlıq layihələri üzrə təkliflərin hazırlanması və danışıqların aparılması; Yeni biznes və tərəfdaşlıq imkanlarının müəyyən edilməsi və inkişaf etdirilməsi; Sosial media trendlərinin izlənilməsi və uyğun ideyaların real marketinq layihələrinə çevrilməsi; Bir neçə layihənin paralel idarə edilməsi və icrasına nəzarət. Namizədə tələblər: Yaş: 22-30 Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı; Kreativ və strateji düşünmə qabiliyyəti; Yüksək təşkilatçılıq və koordinasiya bacarığı; Problem həll etmə və operativ qərarvermə qabiliyyəti; Komandada işləmək və müstəqil fəaliyyət göstərmək bacarığı; Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; İngilis və rus dillərini bilmək üstünlükdür; Görüşlərdə, tədbirlərdə və sahə fəaliyyətlərində aktiv iştirak etməyə hazır olmaq. Əlavə üstünlüklər: Marketinq, PR, satış və ya Event Management sahəsində iş təcrübəsi; Tərəfdaşlıq, sponsorluq və barter layihələri üzrə təcrübə; Tədbir, festival və promoaksiyaların təşkilində iştirak; Sosial media və rəqəmsal marketinq trendləri haqqında məlumatlılıq. İş şəraiti: Dinamik və inkişafyönümlü iş mühiti; Kreativ ideyaların həyata keçirilməsi və yeni layihələrdə iştirak imkanı; Peşəkar inkişaf və yeni əməkdaşlıqlar qurmaq fürsəti. Iş rejimi: 5 günlük, 09.00-18.00 Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müəyyən ediləcək. Qeyd: Müvafiq sahədə təcrübəsi olmayan, lakin yüksək motivasiyaya, təşəbbüskarlığa, güclü kommunikasiya bacarığına və kreativ düşüncəyə malik namizədlərin müraciətləri də nəzərdən keçiriləcəkdir. CV-nizi mövzu hissəsində “Brand Activation & Partnerships Specialist”  qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt   ünvanına göndərə bilərsiniz.