Location: Bakı
“ATA PACK” MMC Dizayner vəzifəsi üzrə vakansiya elan edir Vəzifə öhdəlikləri Qida, içki və qeyri-qida məhsullarının qablaşdırma dizaynının hazırlanması və çapa uyğunlaşdırılması; Müştəri tələblərinə uyğun dizaynların hazırlanması və redaktə edilməsi; Hazırlanan işlərin keyfiyyətinə tam məsuliyyət daşımaq; Yeni məhsullar üçün kreativ və innovativ dizayn konsepsiyaları hazırlamaq; İstehsal və satış komandaları ilə koordinasiyalı işləyərək sifarişlərin vaxtında və keyfiyyətlə icrasını təmin etmək. Bir neçə sifarişin eyni vaxtda düzgün planlaşdırılması və icrası Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. Namizədə tələblər Ali təhsil; Qrafik Dizayn sahəsində minimum 2 il iş təcrübəsi (mütləqdir); Adobe Photoshop , Adobe Illustrator və CorelDRAW proqramlarında sərbəst işləmək bacarığı; Hərf, yazı və orfoqrafik səhvlərə qarşı yüksək diqqətlilik; Kreativ düşüncə tərzinə malik olmaq, yenilikçi və funksional dizayn ideyaları təqdim etmək bacarığı; Dəqiq, məsuliyyətli və nizam-intizamlı olmaq; Stressli iş mühitində operativ və keyfiyyətli işləmək bacarığı; Komandada işləmək və vaxtı effektiv idarə etmək bacarığı. İş şəraiti Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək; Rəsmi əmək müqaviləsi; Nahar şirkət tərəfindən təmin edilir; İş qrafiki: 5 günlük İş yeri: Balaxanı Sənaye Parkı (Koroğlu metro stansiyasından servis xidməti mövcuddur). Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.