Location: Bakı
İş yeri: Sumqayıt şəhəri Vəzifə öhdəliyi: Nəqliyyat xidmətləri və nəqliyyat vasitələri ilə bağlı satınalma bazarının araşdırılması, yerli və xarici təchizatçıların müəyyən edilməsi, təchizatçı bazasının formalaşdırılması və təhlili; Nəqliyyat xidmətləri, yükdaşıma, nəqliyyat vasitələrinin icarəsi, ehtiyat hissələri, texniki xidmət və təmir, eləcə də digər nəqliyyat ehtiyacları üzrə satınalma prosesinin təşkili və idarə edilməsi; Daxili sifarişlər əsasında satınalma tələbatının təhlil edilməsi, müvafiq kateqoriyalar üzrə mal və xidmətlərin şirkətin daxili prosedurlarına uyğun, vaxtında və sərfəli şərtlərlə satın alınmasının təmin edilməsi; Nəqliyyat və logistika üzrə sifarişçilərlə sıx əməkdaşlıq edilməsi, texniki tələblərin və büdcə ehtiyaclarının dəqiqləşdirilməsi, xərclərin optimallaşdırılması məqsədilə alternativlərin qiymətləndirilməsi; Potensial təchizatçılara qiymət təklifləri sorğularının göndərilməsi, kommersiya təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması, qiymət, keyfiyyət, çatdırılma müddəti və xidmət şərtlərinin qiymətləndirilməsi; Təchizatçılarla qiymət, ödəniş, çatdırılma və xidmət şərtləri üzrə danışıqların aparılması, sərfəli satınalma şərtlərinin əldə edilməsi; Nəqliyyat xidmətləri və əlaqəli mal-materialların satın alınması üzrə tender prosesinin təşkili, tender sənədlərinin hazırlanması və tender komissiyasının işinin koordinasiyası; Satınalma sifarişlərinin hazırlanması, yerləşdirilməsi, icrasına nəzarət edilməsi və sifarişlərin vaxtında bağlanmasının təmin olunması; Nəqliyyat xidmətləri üzrə müqavilələrin hazırlanması prosesinin təşkili, müqavilə şərtlərinin razılaşdırılması və müqavilə öhdəliklərinin icrasına nəzarət edilməsi; Təchizatçılarla əməkdaşlığın, göstərilən xidmətlərin keyfiyyətinin və razılaşdırılmış şərtlərə uyğunluğun qiymətləndirilməsi; Satınalma və tender prosesləri üzrə sənədləşmənin aparılması, müvafiq reyestrlərin və hesabatların hazırlanması; Satınalma xərclərinin təhlil edilməsi, büdcəyə uyğunluğun izlənilməsi və xərclərin azaldılması imkanlarının müəyyənləşdirilməsi. Namizədə dair tələblər Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Logistika, Nəqliyyat və ya müvafiq sahələr üzrə); Satınalma sahəsində minimum 5 il iş təcrübəsi; nəqliyyat və logistika xidmətləri üzrə satınalma təcrübəsi üstünlükdür; Azərbaycan dilini əla, rus və ingilis dillərini yaxşı səviyyədə bilmək; Microsoft Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı; 1C və ERP sistemləri ilə işləmək bacarığı; Satınalma prosedurları, tender prosesləri, müqavilə şərtləri və kommersiya danışıqları üzrə biliklər; Analitik düşünmə, danışıqlar aparmaq, təhlil etmək və xərcləri optimallaşdırmaq bacarığı; Satınalma sahəsi üzrə peşəkar sertifikatların olması üstünlükdür. İş qrafiki: 5 günlük iş qrafiki; İş saatı: 09:00-18:00 Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun təyin edilir. Üstünlüklərimiz: Nahar və servis təminatı Könüllü tibbi sığorta Korporativ nömrə və danışıq limiti Tələblərə cavab verən namizədlər öz CV-lərini “Təchizat üzrə aparıcı mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər