Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Layihənin memarlıq və dizayn həllərinin sahədə düzgün icrasına nəzarət etmək; Təsdiq edilmiş layihə, işçi çertyojlar, material spesifikasiyaları və dizayn tələblərinə uyğunluğu yoxlamaq; Memarlıq işləri üzrə gündəlik icra vəziyyətini sahədə yoxlamaq və qiymətləndirmək; Döşəmə, divar, tavan, üzləmə, fasad, qapı, arakəsmə və digər memarlıq işlərinin layihəyə uyğun icrasına nəzarət etmək; İcra zamanı layihə və faktiki vəziyyət arasında yaranan uyğunsuzluqları müəyyən etmək və aidiyyəti şəxslərə bildirmək; Podratçı və subpodratçıların memarlıq işlərinin keyfiyyətinə və icra ardıcıllığına nəzarət etmək; İstifadə olunan materialların təsdiq edilmiş nümunə, spesifikasiya və dizayn tələblərinə uyğunluğunu yoxlamaq; Material nümunələrinin, mock-up-ların və rəng/tekstura seçimlərinin təsdiq edilmiş dizayna uyğunluğunu nəzarətdə saxlamaq; Sahədə ölçülərin və memarlıq elementlərinin layihə sənədlərinə uyğunluğunu yoxlamaq; Memarlıq işləri üzrə görülmüş işlərin qəbulunda iştirak etmək və aşkar edilmiş qüsurların aradan qaldırılmasını izləmək; Dizayner, layihəçi, texniki nəzarət, mühəndislər və podratçılarla koordinasiyalı işləmək; Layihədə memarlıq üzrə dəyişikliklərin və sahədə verilmiş göstərişlərin qeydiyyatını aparmaq; Memarlıq işləri üzrə gündəlik və həftəlik hesabatların hazırlanmasında iştirak etmək; Sahədə işlərin layihə qrafikinə uyğun icra olunmasını izləmək və gecikmələr barədə rəhbərliyə məlumat vermək; Təhvil-təslim zamanı memarlıq işlərinin yoxlanılmasında və snag/punch list-lərin hazırlanmasında iştirak etmək; Əməyin mühafizəsi, təhlükəsizlik və sahə qaydalarına riayət etmək. Tələblər: Ali təhsil: Memarlıq ixtisası üzrə bakalavr dərəcəsi; İş təcrübəsi : Tikinti sahəsində sahə memarı kimi ən azı 2-3 il iş təcrübəsi; Memarlıq materialları və onların tətbiq texnologiyaları barədə bilik; Layihə və faktiki icra arasındakı uyğunsuzluqları müəyyən etmək bacarığı; Layihə sənədlərindəki memarlıq rəsmlərini, detallarını, kəsik və fasad görünüşlərini dəqiqliklə və peşəkarlıqla təhlil edib oxuma bacarığı. AutoCAD, Revit, SketchUp və ya digər memarlıq proqramlarında proqramlarında işləmə bacarığı Podratçı və digər layihə iştirakçıları ilə koordinasiya və ünsiyyət bacarığı; Sahələrdə yerində həll qabiliyyəti və bacarığı; Komanda ilə işləmə, məsuliyyət və diqqətlilik. Əlavə məlumat: İş qrafiki: 6 gün Nahar şirkət tərəfindən təmin edilir Əmək haqqı: 2200-2500 AZN net İş yeri - Bakıxanov qəs.Mahir Əmirov küç Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Memar” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.