Malların qəbulu üzrə operator - Aviation Services Group

Location: Bakı

Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən ASG Sky Catering şirkətində Malların qəbulu üzrə operator vəzifəsi üzrə işçi axtarılır. Vəzifə öhdəlikləri Anbar əməliyyatlarının (mədaxil, məxaric, transfer, inventarizasiya və digər proseslərin) idarəetmə sistemində vaxtında və dəqiq aparılması vəzifənin əsas fəaliyyət istiqamətini təşkil edir; Məhsulların anbar uçotu proqramına (sistemə) vaxtında və düzgün mədaxil edilməsini təmin etmək; Anbara daxil olan məhsulların çəkisini ağırlıq (tərəzi) ölçmə sistemində dəqiq ölçərək nəticələrin sistemə daxil edilməsini təmin etmək; Anbardan çıxan məhsulların məxaric əməliyyatlarının sistemdə vaxtında və düzgün qeydə alınmasını təmin etmək; Sifarişlərin məhsulların kateqoriyasına uyğun olaraq FIFO və ya FEFO (son istifadə tarixi ilk bitən - ilk çıxan) prinsipi əsasında sistem üzərindən verilməsini təmin etmək; Son istifadə tarixi yaxınlaşan və ya bitən məhsulları sistem və fiziki olaraq yoxlamaqla rəhbəri məlumatlandırmaq. Anbardan mətbəxə, istehsalat bölmələrinə və digər struktur bölmələrə məhsulların sifarişlərə uyğun və vaxtında verilməsini təmin etmək; Mətbəxdən, istehsalat bölmələrindən və digər bölmələrdən daxil olan tələbnamələr əsasında məhsulların buraxılışını rəsmiləşdirmək; Mətbəxə, istehsalat bölmələrinə verilən məhsulların vaxtı-vaxtında silgisini etmək; Sifariş uyğunsuzluğu zamanı birbaşa rəhbərini məlumatlandırmaq; HACCP tələblərinə və qida təhlükəsizliyi standartlarına ciddi riayət etmək; Ehtiyat qalıqlarının minimum həddə çatması barədə vaxtında rəhbərliyə məlumat vermək; Təchizat sifarişlərinin təşkilinə köməklik göstərmək; Aylıq və illik hesabatların hazırlanmasında iştirak etmək; Müəssisədaxili nizam-intizam qaydalarına, intizam normalarına və bilavasitə rəhbərliyin verdiyi digər tapşırıqlara vaxtında və keyfiyyətlə əməl etmək. Vəzifəyə olan tələblər və iş şəraiti: Orta təhsil  Anbar sahəsində minimum 1 il iş təcrübəsi. Azərbaycan dili – səlis bilmək; ingilis və ya rus dili biliyi arzuolunandır. Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir İş yeri: Bakı şəh., Heydər Əliyev Beynəlxalq Aeroportu İş qrafiki: Tam ştat, 5 günlük. Əmək haqqı: 955 AZN net Şirkət müxtəlif istiqamətlərdən (Koroğlu m/st, Bakixanov, Əmircan, Mərdəkan, Binə, Suraxanı və s.) ödənişsiz servis nəqliyyatı təmin edir. Nahar şirkət tərəfindən təmin olunur.  Müraciət etmək üçün CV-nizi mövzu hissəsində vəzifə adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.