Baş müəllim - Azərbaycan Universiteti

Location: Bakı

Struktur bölməsi: Müvafiq kafedra Bilavasitə tabe olduğu şəxs: Müvafiq kafedranın müdiri Əmək funksiyası Müvafiq qaydalara uyğun olaraq fənni tədris etmək; Tədris etdiyi fənn (fənlər) üzrə tədris prosesində innovativ təlim texnologiyalarından istifadə etmək, elektron tədris resurslarını yaratmaq; Tələbələri maarifləndirmək, onlarla təlim-tərbiyə işləri aparmaq; Kafedra iclaslarında mütəmadi olaraq iştirak etmək; Tələbələrin tədqiqat işlərinə  istiqamət vermək; Sillabusları, illik işçi planlarını, imtahan biletlərini vaxtında hazırlamaq və kafedra müdirinə təqdim etmək, imtahan cavablarını qiymətləndirmək; Dekanlığın müəyyən etdiyi vaxtlarda kollokviumların keçirilməsini təmin  etmək; Müvafiq qaydalara uyğun olaraq tədris etdiyi fənn (fənlər) üzrə jurnallarda qeydiyyatı düzgün və vaxtında aparmaq (tələbələrin davamiyyətinin yoxlanılması və buna dair jurnalda müvafiq qeydlərin aparılması, mövzuların sillabusa uyğun olaraq  qeyd edilməsi, jurnalda düzəlişlərin edilməməsi və onun  səliqəli yazılması), dərs bitdikdən sonra jurnalı aidiyyəti dekanlığa təhvil vermək; Həftəlik dərs günlərinin sayı miqdarında həftəlik imtahan nəzarətində iştirak etmək; Tədris etdiyi fənn (fənlər) üzrə tələbələrin müstəqil işlərini planlaşdırmaq və təşkil etmək; Tələbə elmi-tədqiqat işlərinə rəhbərlik etmək; Elmi-tədqiqat işləri ilə məşğul olmaq, elmi konfranslarda və universitetin təşkil etdiyi digər tədbirlərdə iştirak etmək; Tədqiq sahəsi üzrə ən azı bir  respublika və ya beynəlxalq simpoziumlarda, konfranslarda, müşavirələrdə real iştirak etmək və ən azı bir elmi jurnalda məqalə çap etdirmək; Elmi-tədqiqat işlərinə və dissertasiyalara rəy vermək; İstehsalat təcrübəsinə rəhbərlik etmək; Universiet tərəfindən müəyyən olunmuş qaydada  imtahanın  gedişinə nəzarət emək (imtahan nəzarətçisi); İxtisasına uyğun olaraq tədris etdiyi fənlərin mühazirələrini, proqramlarını, dərs vəsaitlərini, metodiki işlərini hazırlamaq; Tədris ilinin yekununda fərdi və illik iş planı üzrə hesabat təqdim etmək; Bilməlidir Azərbaycan Respublikasının təhsil qanunvericiliyini;  Ali təhsil üzrə təsdiq edilən dövlət təhsil standartlarını və proqramlarını; Tələbələrlə işin təşkili (ünsiyyətin qurulması), tələbələrlə tərbiyə işinin aparılmasını; Vəzifə tələbləri: Dil bilikləri: Qeyd: Xarici dil fənninin tədrisi, habelə xarici dildə tədris olunan fənlər üçün  müvafiq xarici dil səviyyəsi:  İngilis dili -İELTS sertifikatı (ən azı 6,5 bal) və ya ingilis dili səviyyəsini müəyyən edən beynəlxalq keyfiyyət sertifikatı; Alman dili - TEST DAF (ən azı 6 bal); Fransız  dili -Test de Con­­naissance du Français  (TCF) C2 (600-699 bal). Elmi dərəcəsi olanlar üçün: Bir qayda olaraq ən azı 3 illik elmi-pedaqoji stajı olan fəlsəfə doktorları (elmlər namizədləri). Elmi dərəcəsi olmayanlar üçün: Ən azı 5 illik elmi-pedaqoji stajı (yaxud müvafiq sahə üzrə istehsalat təcrübəsi), magistr dərəcəsi və çap olunmuş elmi-metodiki işləri (məqalə, tezis, proqram) olan yüksək ixtisaslı mütəxəssislər. Sertifikatlar: Təhsil sahəsində beynəlxalq keyfiyyət sertifikatı (arzuolunandır) Kompüter bilikləri: MS ofis proqramları Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .