Yüklənir...
Location: Bakı
“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: Frontend developer Vəzifəyə olan tələblər: Ali təhsil; Frontend development sahəsində minimum 2 il iş təcrübəsi; JavaScript və TypeScript üzrə güclü biliklər; React və React Hooks üzrə praktiki təcrübə; REST API ilə işləmə təcrübəsi; HTML5 və CSS3 üzrə dərin biliklər; Responsiv və adaptiv dizayn təcrübəsi; Müasir "build" alətləri (Vite, Webpack) ilə işləmə təcrübəsi; Analitik düşüncə və problemləri həll etmə qabiliyyəti; Git ilə işləmə bacarığı; Data structures və design patterns üzrə bilik; Figma kimi alətlərlə işləmə bacarığı. Vəzifə öhdəlikləri: Proqram təminatının inkişafı üçün dizayner, proqramçı, analitik, layihə rəhbərləri və diğər aidiyyəti şöbələr ilə işləmək; Problemlərin aradan qaldırılması, xətaların incələnməsi və proqram təminatının təkmilləşdirilməsi; Sahədəki ən son texnologiyalarla tanış olmaq, yenilikləri izləmək və tətbiq etmək; Kod təhlilində iştirak etmək və komanda ilə bilik paylaşımına səy göstərmək; Funksionallıqların test edilməsi; Daxil olan sorğuların vaxtında icra edilməsini təmin etmək. Namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.