Yüklənir...
Location: Bakı
Müəssisə: Bakı Qida və Yağ Fabriki MMC Vəzifə öhdəlikləri: İstehsal, keyfiyyətə nəzarət, laboratoriya, anbar və texniki şöbələrlə koordinasiyalı işləmək; Növbəni qaydalara uyğun təhvil almaq və təhvil vermək, istehsal prosesini və texnoloji göstəriciləri nəzarətdə saxlamaq; Avadanlıq, nasos və ölçü cihazlarının işlək vəziyyətini yoxlamaq, yaranan texniki problemlərlə bağlı aidiyyəti əməkdaşları məlumatlandırmaq; İstehsal prosesində uyğunsuzluqlar aşkar edildikdə operativ tədbirlər görmək və zəruri hallarda prosesi dayandırmaq; Tabeliyində olan əməkdaşların iş bölgüsünü təşkil etmək və onların vəzifə təlimatlarına uyğun fəaliyyətinə nəzarət etmək; Məhsul, xammal, qatqı maddələri və sərf materialları üzrə müvafiq qeydiyyat və nəzarəti aparmaq; İstehsal parametrlərini avtomatlaşdırma sistemi vasitəsilə izləmək və normadan kənarlaşmalara operativ reaksiya vermək; Məhsullar üzrə dequstasiya və keyfiyyət yoxlamalarının aparılmasını təmin etmək; İstehsal sahələrində təmizlik, yuma və sanitariya qaydalarına riayət olunmasına nəzarət etmək; İstehsalın plana uyğun, minimum itki ilə və təhlükəsizlik tələblərinə riayət etməklə həyata keçirilməsini təmin etmək; Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına əməl etmək; Sahə rəisi olmadığı hallarda onu əvəz etmək. Texniki və nəzəri biliklər İstehsal proseslərini və texnoloji sxemləri oxumaq və təhlil etmək bacarığı; Mayonez, ketçup və sous məhsullarının hazırlanması və dolum texnologiyası üzrə bilik; İstehsal göstəricilərinin, sərfiyyatın və performansın hesablanması və izlənilməsi bacarığı; İstehsal avadanlıqları, PLC, avtomatik, pnevmatik və hidravlik sistemlər üzrə baza bilikləri; Məhsulun keyfiyyət göstəricilərini və istehsal parametrlərini qiymətləndirmək bacarığı; Xammal, material və hazır məhsulların uçotu və istehsal planına uyğun idarə olunması üzrə bilik; Məhsulların orqanoleptik qiymətləndirilməsi və dequstasiya bacarığı; Qida təhlükəsizliyi, sanitariya, əməyin mühafizəsi və istehsal təhlükəsizliyi qaydalarını bilmək; Təhlükəli və kimyəvi maddələrlə işləmə qaydaları üzrə bilik. Biz nə təklif edirik İş yeri: Sumqayıt şəhəri, Bakı Qida və Yağ Fabriki MMC / İstehsalat; İş qrafiki: 3 növbəli iş rejimi — 07:00–15:00, 15:00–23:00, 23:00–07:00; Nahar: Şirkət tərəfindən təmin olunur; Servis xidməti: Şirkət tərəfindən təmin olunur; Əməkhaqqı: Namizədin təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı; İş mühiti: Regionun aparıcı FMCG şirkətlərindən birində dinamik, peşəkar və inkişafyönümlü korporativ mühit. Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Növbə mühəndisi” qeyd etməyiniz xahiş olunur.