Bellboy - Azinko Development

Location: Bakı

Obyektin tipi: Flame Towers – Lüks yaşayış binası (otel standartlı xidmətlər) Məkan: Bakı – Flame Towers Vəzifə haqqında: Biz Bakının mərkəzində yerləşən, otel standartlı xidmətlər təqdim edən lüks yaşayış kompleksi olan Flame Residence üçün səliqəli görünüşlü və xidmət yönümlü Bellboy axtarırıq. Bu vəzifə oteldə deyil — bu, sakinlərə və onların qonaqlarına 5 ulduz səviyyəsində diqqət və xidmət göstərən premium yaşayış kompleksində iş imkanıdır. Əsas vəzifə öhdəlikləri: Sakinləri və qonaqları gəliş zamanı səmimi şəkildə qarşılamaq  Baqajların daşınmasına və mənzillərə çatdırılmasına kömək etmək  Gəliş və gedişlərin problemsiz təşkili üçün Front Office və Təhlükəsizlik xidməti ilə koordinasiya aparmaq  Binə və ətraf ərazi barədə istiqamət və məlumat vermək  Sakinlərin xüsusi istəklərinə dəstək olmaq (məsələn: çatdırılmalar, bağlamalar, taksi sifarişi və s.)  Lobbi və giriş sahəsinin təmiz, təhlükəsiz və səliqəli saxlanmasını təmin etmək  Tələblər: Qonaqpərvərlik, otel və ya müştəri xidmətləri sahəsində təcrübə üstünlükdür  Səliqəli və peşəkar görünüş  Əla ünsiyyət və insanlarla işləmə bacarığı  Azərbaycan dilində sərbəst danışıq və ingilis dili biliyi (rus dili üstünlükdür)  Fiziki cəhətdən sağlam və baqaj daşımağa uyğun  Sürücülük vəsiqəsinin olması Hər zaman nəzakətli, diqqətli və yüksək səviyyəli müştəri xidmətinə sadiq  Yuxarıdakı tələblərə cavab verirsinizsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.