Location: Bakı
“Bakı Metropoliteni” QSC qatar maşinisti peşəsi üzrə təcrübə proqramı elan edir! Qatarların idarə olunması üzrə nəzəri biliklərin mənimsənilməsi (hərəkət mexanizmləri, elektrik sistemləri və idarəetmə prinsipləri) sahəsində biliklərinizi artırmaq, həmçinin real iş şəraitində təcrübə qazanmaq istəyən bütün namizədləri təcrübə proqramımıza qoşulmağa dəvət edirik! Proqram sizə nə qazandıracaq? 6 ay müddətində nəzəri və praktiki biliklərlə zəngin intensiv təlim; Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi; Təcrübə dövründə aylıq əmək haqqı; Təcrübənin sonunda davamlı işə qəbul imkanı; Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı. Seçim prosesi necə aparılır? İxtisas üzrə test imtahanı; Ətraflı müsahibə; Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər; Sağlamlıq haqqında tibbi arayışın təqdim edilməsi. Sizi hansı öhdəliklər gözləyir? Qatarların idarə olunması üzrə nəzəri biliklərin mənimsənilməsi (hərəkət mexanizmləri, elektrik sistemləri və idarəetmə prinsipləri); Qatar maşinistinin gündəlik fəaliyyət qaydaları, təhlükəsizlik protokolları və təlimatları ilə tanışlıq; Məlumatların qeydiyyatı, nəzarət cihazlarının istifadəsi və siqnal sistemlərinin işləmə mexanizmini öyrənmək; Praktiki təlimlər çərçivəsində simulyasiya və ya real vəziyyətlərdə maşinist köməkçisi kimi müşahidə və iştirak; Fövqəladə və qəza hallarında davranış qaydalarını öyrənmək; Simulyator, qəza oyunları və praktiki məşğələlər vasitəsilə real iş situasiyalarına hazırlıq; Peşəyə uyğun psixoloji və fiziki hazırlıq vərdişlərinin formalaşdırılması. Namizədlərdən tələblərimiz Yaş həddi: 22 - 35; Ali texniki, orta texniki və ilk peşə ixtisaslı təhsil üstünlükdür; Dİqqətli və məsuliyyətli; Operativlik və yüksək iş intizamı. Metropoliten Sizə nə təklif edir? Sabit və etibarlı iş mühiti; Peşəkar komandada inkişaf və karyera imkanları; Metropolitendən ödənişsiz istifadə imkanı; Güzəştli nahar təminatı; Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı; Psixoloji dəstək xidməti. Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5650 müraciətinizi tamamlaya bilərsiniz; Uğurlar!