Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: İş yerində əməyin mühafizəsinə və texniki təhlükəsizliyə nəzarət etmək; İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək; SƏTƏMM üzrə sənədləşdirmə işlərini dəqiq həyata keçirmək; Riskin qiymətləndirilməsini aparmaq və sənədləşdirmək; SƏTƏMM üzrə uyğunsuzluqları və qüsurları aşkar edərək haqqında tədbir görülməsi üçün tapşırıqlar vermək; Iayihələrin, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək; Struktur bölmələrdə, istehsalatda ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlərdə iştirak etmək; Sahəyə daxil olanlara giriş təlimatı keçmək, işçilərin əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərdə köməklik göstərmək; İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək; Xidmət təlimatların işlənib hazırlanmasında köməklik göstərmək; Mövcud formada və qaydalara uyğun olaraq hesabatlar aparmaq. Tələblər: Ali təhsil; Tikinti sahəsində SƏTƏMM üzrə minimum 3 il iş təcrübə; FHN tərəfindən verilən “Sənayedə texniki təhlükəsizlik və əməyn mühafizəsi qaydaları və normaları” üzrə sertifikat (SƏTƏMM üzrə əlavə sertifikatların olmasına da üstünlük verilir) İş şəraiti: İş rejimi: Həftə içi 6 gün İş saatı: 08:00-17:00 Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə. Nahar şirkət tərəfində verilir. Ünvan: Xırdalan şəhəri, Blue City y/k Əmək haqqı: Müsahibə əsnasında təyin ediləcək Müsahibə üçün Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına SƏTƏMM üzrə mütəxəssis yazaraq CV göndərməyiniz xahiş olunur.