Location: Bakı
Şirkətimizin marketinq komandasına rəqəmsal kommunikasiya sahəsində təcrübəli, strateji düşüncə qabiliyyətinə malik və kreativ yanaşmanı biznes məqsədləri ilə birləşdirə bilən SMM Menecer axtarırıq. Əsas vəzifələr: Sosial media strategiyasının hazırlanması və icrası Brendin sosial platformalarda effektiv təqdim olunmasının təmin edilməsi Kontent planının hazırlanması və idarə olunması Post, story, reels və reklam məzmunlarının koordinasiyası Analitik hesabatların hazırlanması və nəticələrin təhlili Auditoriya ilə peşəkar kommunikasiya prosesinin idarə edilməsi Tələblər: SMM və rəqəmsal marketinq sahəsində iş təcrübəsi Sosial media alqoritmləri və trendləri üzrə biliklər Canva, Meta Business Suite, CapCut və digər müvafiq platformalarda işləmə bacarığı Kreativ düşüncə və yüksək vizual zövq Azərbaycan dilində yüksək yazılı ünsiyyət bacarığı Məsuliyyətlilik, operativlik və komandada işləmə bacarığı İnfluencer marketing Biz təklif edirik: Peşəkar və korporativ iş mühiti Karyera inkişafı və yüksəliş imkanları Stabil əmək haqqı və motivasiyaedici bonus sistemi Güclü komanda ilə çalışma fürsəti Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. e-mail: hr@bytelecom.com