Konstruktor - Cronos Construction

Location: Bakı

“Cronos Construction” MMC peşəkar komandamıza qoşulmaq üçün təcrübəli Konstruktor axtarır. Vəzifə öhdəlikləri: Tikinti layihələri üzrə konstruktiv layihələrin və işçi çertyojların hazırlanması; Konstruktiv hesablamaların aparılması; Texniki sənədlərin hazırlanması və layihə tələblərinə uyğunluğunun təmin edilməsi; Layihələr üzrə texniki məsələlərin həllində iştirak; Digər mühəndislik bölmələri ilə koordinasiyanın təmin edilməsi. Namizədə dair tələblər: Müvafiq sahə üzrə ali təhsil; Konstruktor vəzifəsi üzrə 3–5 il iş təcrübəsi; Tikinti norma və qaydaları üzrə biliklər; AutoCAD və müvafiq layihələndirmə proqramlarında işləmək bacarığı; Texniki çertyojları oxumaq və hazırlamaq bacarığı; Məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı. İş şəraiti və təminatlar: İş qrafiki: 5 günlük iş rejimi, saat 09:00–18:00; Rəsmi əmək müqaviləsi; Nahar şirkət tərəfindən təmin olunur; Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir. Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Konstruktor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.