Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri Mətbəxdə təyin olunmuş bölmənin (isti yeməklər, soyuq mətbəx, qənnadı, souslar və s.) iş prosesinə kömək etmək; Chef de Partie və Baş aşpazın göstərişlərinə uyğun olaraq yeməklərin hazırlanmasını həyata keçirmək; İnqrediyentlərin hazırlanması, doğranması, porsiyalanması və düzgün saxlanılmasını təmin etmək; Yeməklərin reseptura və təqdimat standartlarına uyğun hazırlanmasına nəzarət etmək; Mətbəx avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək; İş zamanı gigiyena və sanitariya qaydalarına riayət etmək (HACCP standartları daxil olmaqla); Məhsulların keyfiyyətini, təzəliyini və düzgün saxlanma temperaturunu yoxlamaq; Mətbəx bölməsində iş yerinin təmiz və səliqəli saxlanılmasını təmin etmək; Gündəlik hazırlıq işlərində (mise en place) iştirak etmək; Yeni menyu və yemək reseptlərinin tətbiqində rəhbər aşpazlara dəstək olmaq; Sifarişlərin vaxtında və keyfiyyətli hazırlanmasına kömək etmək; Qida israfının qarşısının alınması və məhsullardan səmərəli istifadə etmək; Mətbəx inventarının və avadanlıqlarının qorunmasına diqqət yetirmək; Komanda daxilində effektiv əməkdaşlıq etmək və iş intizamına riayət etmək. Tələblər Otel və ya restoran mətbəxində təcrübə; Avropa və ya beynəlxalq mətbəx standartları haqqında bilik; Sürətli iş mühitində işləmək bacarığı; Komanda ilə işləmə qabiliyyəti; Detallara diqqət və məsuliyyətlilik. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .