Yüklənir...
Location: Bakı
Təsvir PLC, SCADA, HMI, uzaq giriş-çıxış modulları və sənaye rabitə sistemlərinin etibarlı işini təmin etmək; Temperatur, təzyiq, sərf, səviyyə, çəki və digər ölçü cihazlarının istismarına və texniki vəziyyətinə nəzarət etmək; Klapan, aktuator, sensor, tezlik çeviricisi və digər avtomatika avadanlıqlarının düzgün işləməsini təmin etmək; Avtomatika sistemlərinin layihə, quraşdırma, sazlama və işə salınması proseslərində iştirak etmək; Avtomatika arxitekturasını, giriş-çıxış siyahılarını, P&ID və idarəetmə sxemlərini yoxlamaq; FAT, SAT, loop check, kalibrasiya və funksional sınaqların həyata keçirilməsini təşkil etmək və nəticələrə nəzarət etmək; Start icazələri, bloklamalar, qəza dayandırmaları, xəbərdarlıqlar və qoruma funksiyalarını test etmək; PLC, SCADA və HMI proqramlarının ehtiyat nüsxələrinin, versiyalarının və texniki sənədlərinin idarə edilməsini təmin etmək; Avtomatika nasazlıqlarını, rabitə kəsilmələrini və ölçü xətalarını araşdırmaq, kök səbəbləri müəyyən etmək və aradan qaldırılmasını təmin etmək; Ölçü cihazlarının kalibrasiya qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək; Proqram dəyişikliklərini təsdiq edilmiş prosedurlara uyğun həyata keçirmək və dəyişiklikləri sənədləşdirmək; Avtomatika üzrə kritik ehtiyat hissələrinin siyahısını və minimum ehtiyat səviyyəsini müəyyən etmək; Avtomatika sistemlərinin vəziyyəti, nasazlıqlar və görülən işlər üzrə hesabatlar hazırlamaq. Tələblər Avtomatika, idarəetmə, elektronika və ya elektrik mühəndisliyi üzrə ali təhsil; Sənaye avtomatikası və işə salma işlərində minimum 5 il praktiki təcrübə; Siemens, Schneider, Rockwell və ya analoji PLC/SCADA platformalarından ən azı biri üzrə proqramlaşdırma və diaqnostika təcrübəsi; HMI sistemləri, sənaye rabitə protokolları, VFD, ölçü cihazları və uzaq giriş-çıxış sistemləri üzrə praktiki bilik; P&ID, elektrik, loop və panel sxemlərini, giriş-çıxış siyahılarını oxuma bacarığı; FAT, SAT, loop check, kalibrasiya və funksional sınaqlar üzrə təcrübə; Proqram ehtiyat nüsxələrinin, versiya nəzarətinin və giriş hüquqlarının idarə edilməsi üzrə bilik; Azərbaycan dilində sərbəst ünsiyyət; rus və ya ingilis dilində texniki sənədləri oxuma bacarığı. Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən) Təlim dəstəyi Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.