Yüklənir...
Location: Bakı
“Hermes-S” MMC peşəkar komandamıza qoşulmaq üçün Texniki ofis mühəndisi vəzifəsinə işçi axtarır. Vəzifə öhdəlikləri: Tikinti layihələri, çertyojlar və texniki sənədlərlə işləmək; Görülmüş işlərin həcmlərini hesablamaq, ölçü cədvəlləri və icra sənədlərini hazırlamaq; Smeta sənədlərini hazırlamaq, yoxlamaq və faktiki görülmüş iş həcmləri ilə müqayisə etmək; Materialların silinməsi və istifadəsi üzrə sənədləri hazırlamaq, material sərfiyyatına nəzarət etmək; Anbara daxil olan və anbardan çıxan materialların uçotunu, qalıqlarını və hərəkətini izləmək; Material sərfiyyatının layihə və smeta göstəricilərinə uyğunluğunu yoxlamaq; Görülmüş işlər üzrə aktları, hesabatları və digər texniki sənədləri hazırlamaq; Tikinti sahəsinin mühəndis-texniki heyəti, anbar və mühasibatlıq şöbəsi ilə koordinasiyalı işləmək. Namizədə tələblər: Tikinti mühəndisliyi və ya müvafiq texniki sahə üzrə ali təhsil; Müvafiq sahədə minimum 3 il iş təcrübəsi; Smeta, material uçotu, materialların silinməsi və sərfiyyatı üzrə bilik və təcrübə; AutoCAD, MS Excel və MS Office proqramlarında işləmək bacarığı; Tikinti layihələri, iş həcmləri və texniki sənədlərlə işləmək bacarığı; Diqqətlilik, analitik düşüncə və məsuliyyətlilik. İş şəraiti: İş yeri: Ağdam şəhəri İş qrafiki: Həftənin 5 günü, saat 09:00–18:00 Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir. Əmək münasibətləri rəsmi əmək müqaviləsi əsasında tənzimlənir. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini “Texniki ofis mühəndisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına başlığı ilə göndərə bilərlər.