Satınalmalar, təchizat və müqavilələrin idarəedilməsi şöbəsinin müdiri - İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Location: Bakı

Təsvir Agentliklə satınalmaların təşkilində Qanunvericiliyə uyğunluq, səmərəlilik və şəffaflıq prinsiplərinin təmin edilməsi; Satınalma planlarını strateji məqsədlərə uyğun formalaşdırılması və icrasının təmin edilməsi; Mal, iş və xidmətlərin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satın alınmasının təşkil edilməsi; Satınalma müqavilələrinin hazırlanmasını habelə imzalanmasını təmin etmək və icrasının izlənilməsində iştirak etmək; Satınalma və təchizat üzrə həftəlik, aylıq, rüblük və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; Dövlət orqanları və nəzarət qurumlarına, daxili və kənar auditlərə qanuni hesabatların təqdim edilməsi; Şöbənin fəaliyyətinin təşkili, tabeliyində olan əməkdaşlar arasında iş bölgüsünün aparılması və rəhbərlik edilməsi; Şöbənin əməkdaşlarının peşəkar inkişafının təmin edilməsi və təlimlərin təşkil edilməsi; Müvafiq maliyyə-iqtisadi təhlillərin aparılmasının və əsaslandırılmış təkliflərin təqdim edilməsinin təmin edilməsi; Satınalma komissiyasında işlərin əlaqələndirilməsi; Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasının təmin edilməsi; Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında Departamentin fəaliyyəti ilə bağlı bütün məsələlərin məxfiliyinin və anonimliyinin qorunması; Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi. Tələblər Ali təhsil; Ümumi müvafiq sahə üzrə 5 il iş staj, rəhbər fəaliyyəti üzrə minimum 2 il iş staj; Azərbaycan dili səlis, ingilis və rus dili bacarığı; Satınalma və müqavilə idarəçiliyi üzrə təcrübə; “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu üzrə nəzəri və praktiki biliklər; CİPS, PMP və s. sertifikatların olması üstünlükdür; Liderlik, qərarvermə, vaxtın və resursların idarə olunması bacarığı; MS Office proqramlarını bilmək, e-tender portalında işləmək bacarığı; Yüksək səviyyədə təqdimetmə, ünsiyyət və komandanın idarəetməsi bacarıqları. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.