Location: Bakı
SIS (Student Information System) və LMS (Learning Management System) platformalarının idarə edilməsi üzrə kiçik mütəxəssis axtarışındayıq. Vəzifə öhdəlikləri SIS/LMS platformalarının növbəti akademik ilə hazırlanması prosesində dəstək göstərmək; SIS/LMS platformalarının Landau Education Group tərkibində olan digər məktəblərdə tətbiqinə dəstək göstərmək; SIS/LMS platformalarının istifadəsi ilə bağlı yazılı və video təlimatların hazırlanmasında iştirak etmək; SIS/LMS platformaları üzrə akademik heyətə (direktor, müəllim və s.) və valideynlərə texniki dəstək göstərmək; Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək. Tələblər Ali təhsil; Biznes analitikası, proqram təminatlarının tətbiqi və ya oxşar sahələrdə minimum 1 illik iş təcrübəsi; Azərbaycan və ingilis dillərində sərbəst danışıq bacarığı (rus dili biliyi üstünlükdür); Yaxşı kommunikasiya və problem həll etmə bacarığı; Microsoft Office proqram təminatlarında işləmə bacarığı. Biz nə təklif edirik: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə; İş qrafiki: həftədə 5 iş günü 09:00 – 18:00; Həyat yığım sığortası; Könüllü tibbi sığorta; Övladların təhsili üçün endirimlər; Push 30 proqramından 75% endirimlə yararlanmaq imkanı; Təlim və inkişaf proqramları; Peşəkar inkişaf və karyera artımı imkanı. Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.