Yüklənir...
Location: Bakı
MAN-G Design and Construction komandamıza İnsan resursları sahəsində təcrübəli, təşəbbüskar və sistemli düşünən mütəxəssis axtarırıq. Əsas vəzifə öhdəlikləri: Əmək qanunvericiliyinə uyğun kadr sənədləşməsinin, ƏMAS və İSB əməliyyatlarının aparılması; İşə qəbul prosesinin tam idarə edilməsi: vakansiyaların hazırlanması, namizədlərin seçilməsi və müsahibələrin keçirilməsi; Yeni əməkdaşların adaptasiyası və sınaq müddətinin idarə olunması; HR siyasət və prosedurlarının hazırlanması, tətbiqi və təkmilləşdirilməsi; KPI və performans qiymətləndirmə proseslərinin təşkili; Əməkdaşlarla münasibətlərin, təlim və inkişaf proseslərinin idarə olunması; HR hesabatlarının hazırlanması və rəhbərliyə müvafiq təkliflərin təqdim edilməsi. Namizədə dair tələblər: HR sahəsində 3-5 il iş təcrübəsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə mükəmməl bilik; İşə qəbul və digər HR proseslərinin idarə edilməsində praktiki təcrübə; Analitik düşüncə, təşəbbüskarlıq, güclü kommunikasiya və müstəqil işləmək bacarığı; MS Office proqramlarında sərbəst işləmək bacarığı. İş şərtləri: İş qrafiki: Tam iş günü Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Office Center Əmək haqqı: 1000 Azn + (Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq) Bizim üçün vacib məqam: Biz yalnız kadr kargüzarlığını icra edən deyil, insan resurslarının bütün əsas istiqamətlərini idarə edə bilən, HR proseslərini təkmilləşdirən və şirkətin inkişafına töhfə verən mütəxəssis axtarırıq. Uyğun namizədlər CV-lərini “İnsan resursları üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.