Location: Bakı
Vəzifə öhdəlikləri: Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması); Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması; Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş Həcmi və son tarixləri əhatə edən Tikinti Layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması; Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi; Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi; İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi; Layihə üzrə material, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət; Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması; Gecikmələrin Proqnozlaşdırılmasını həyata keçirir; Layihə Planlama Primavera P6 proqramını tərtib edir; Podratçıların apardığı işlərin plan qeydiyyat və plan işi üzrə işlərin görülməsinə nəzarət edir. Namizədə tələblər: Ali təhsil (İnşaat üzrə) Müvafiq sahə üzrə minumum 2 il iş təcrübəsi; İnnovativ standartlara uyğun işləməyi bacarmalı; MS Office (Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli; Primavera və ya MS Project proqramlarından birini yaxşı səviyyədə bilməli; Yüksək səviyyədə analitik-riyazi biliklər; Sənədləşdirmə və yazışma işlərini bacarmalı; İnşaat norma və qaydalarını bilməli; İşə planlı yanaşma, vaxtı idarəetmə bacarıqları; Komanda ilə işləmə və effektiv kommunikasiya bacarıqları; Azərbaycan dili səlis, rus və və ya ingilis dili biliyi üstünlükdür. Əlavə məlumat Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir. İş rejimi: 6 günlük iş qrafiki İş yeri: İş yeri: Zığ qəsəbəsi. Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Planlama mühəndisi” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.