Yüklənir...
Location: Bakı
İşin təsviri: Satış proqnozları, planlar və öncəki dövrlərə aid məlumatların analiz edilməsi, dövri olaraq məlumatların yenilənməsində iştirak; ERP proqramı üzrə istehsal proseslərinə aid məlumatların doğruluğuna nəzarət etmək və yenilənmələri vaxtında həyata keçirmək; ERP sistemində məlumatların daxil edilməsi və yenilənməsi; Planlama aparılması üçün lazım olan sənədlərin və məlumatların düzgünlüyünü və etibarlılığını yoxlamaq; İstehsal hesabatlarının gündəlik hazırlanmasında iştirak etmək; Əlavə olaraq tələb edilən əməliyyatların yerinə yetirilməsi və aidiyyəti əməkdaşlara texniki dəstəyin göstərilməsi. Tələblər: Ali təhsilli və ya yeni məzun, həmçinin 4-cü kurs tələbələri (İqtisadiyyat, Menecment, Sənaye mühəndisliyi və ya əlaqəli ixtisaslar); MS Excel proqramında işləmək bacarığı; Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı,Rus dili biliyi üstünlükdür, İngilis dili biliyi arzuolunandır; Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı; Diqqətli, məsuliyyətli və dəqiq olmaq; Komandada işləmək və öyrənməyə açıq olmaq. İş şərtləri: 3 aylıq ödənişli təcrübə proqramı; Real iş mühitində praktiki təcrübə qazanmaq imkanı; ERP və planlama prosesləri üzrə biliklərin inkişaf etdirilməsi; Peşəkar komanda ilə işləmək imkanı; 5 günlük iş həftəsi; Nahar şirkət tərəfindən verilir; İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.