Location: Bakı
Vəzifə öhdəlikləri: Layihələrin qiymətləndirilməsi sektorunun fəaliyyətini təşkil etmək, əməkdaşlar arasında iş bölgüsünü aparmaq və tapşırıqların icrasına nəzarət etmək; Layihə cizgilərini, texniki spesifikasiyaları və digər layihə sənədlərini təhlil etmək, nəzərdə tutulan işlərin həcmini və qiymətləndirmə üçün tələb olunan məlumatları müəyyənləşdirmək; Layihə sənədləri əsasında iş və material həcmlərinin çıxarılmasını, hesablanmasını və yoxlanılmasını təşkil etmək; Layihə üzrə iş həcmləri cədvəllərinin (BOQ) sıfırdan tərtib olunmasını, işlərin müvafiq bölmələr üzrə qruplaşdırılmasını, ölçü vahidlərinin və miqdarların düzgün müəyyən edilməsini təmin etmək; Hazır təqdim edilmiş BOQ-ların layihə cizgiləri və texniki tələblərlə uyğunluğunu yoxlamaq, çatışmayan, təkrarlanan və ya səhv hesablanmış mövqeləri müəyyənləşdirmək; Hər bir BOQ mövqeyi üzrə material, işçi qüvvəsi, texnika və digər resurs tələbatının müəyyən edilməsini, vahid qiymətlərin və ümumi məbləğlərin hesablanmasını təşkil etmək; Material, avadanlıq və subpodrat işləri üzrə qiymət məlumatlarını toplamaq, təkliflərin layihə tələblərinə uyğunluğunu qiymətləndirmək; BOQ əsasında layihənin maya dəyərinin, smetasının hazırlanmasını təşkil etmək; Hesablamalarda birbaşa və dolayı xərclərin, itki normalarının, logistika xərclərinin, risk ehtiyatlarının və mənfəət marjasının nəzərə alınmasını təmin etmək; Layihə sənədlərindəki qeyri-müəyyənlikləri və uyğunsuzluqları müəyyən etmək, layihəçilər və texniki komanda ilə dəqiqləşdirmək; Layihədə edilən dəyişikliklərə uyğun olaraq BOQ-ların və qiymət hesablamalarının yenilənməsini, əlavə və ixtisar olunan işlərin maliyyə təsirinin hesablanmasını təşkil etmək; Hazırlanmış BOQ-ları, smetaları və qiymət hesablamalarını yoxlamaq, əsaslandırılmış şəkildə rəhbərliyə təqdim etmək və sifarişçi ilə texniki-kommersiya müzakirələrində iştirak etmək. Namizədə olan tələblər: İnşaat mühəndisliyi və ya digər uyğun mühəndislik ixtisası üzrə ali təhsil; Layihələr üzrə iş həcmlərinin hesablanması, BOQ hazırlanması və qiymətləndirmə sahəsində minimum 5 il, o cümlədən komanda idarəçiliyi üzrə minimum 2 il iş təcrübəsi; Layihə cizgilərini və texniki sənədləri sərbəst oxumaq, onların əsasında iş və material həcmlərini hesablamaq bacarığı; BOQ-ların sıfırdan tərtib edilməsi, mövcud BOQ-ların yoxlanılması və qiymətləndirilməsi üzrə praktiki təcrübə; Tikinti, konstruksiya və MEP işlərinin həcmlərinin hesablanması prinsipləri üzrə biliklər; Vahid qiymət analizlərinin, resurs hesablamalarının, smetaların və layihə büdcələrinin hazırlanması üzrə təcrübə; MS Excel və AutoCAD proqramlarında sərbəst işləmək bacarığı; smeta və həcm hesablama proqramları üzrə biliklər üstünlükdür; Azərbaycan dili biliyi; ingilis və rus dillərində texniki sənədlərlə işləmək bacarığı üstünlükdür; Analitik düşünmə, detallara diqqət, komandanın işini təşkil etmək və müəyyən edilmiş müddətlərdə nəticə təqdim etmək bacarığı. Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində "Layihələrin qiymətləndirilməsi sektorunun müdiri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.