Mühasib - Nardaran İnvest

Location: Bakı

“Nardaran İnvest” MMC “Mühasib” vakansiyasını elan edir! Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək. Vəzifə öhdəlikləri: Bank əməliyyatları üzrə müxabirləşmələri düzgün aparmaq və onların düzgünlüyünü yoxlamaq; Mühasibat uçotu sistemində ödənişlərlə bağlı məlumatların düzgün və vaxtında işlənilməsini təmin etmək; Pul vəsaitlərinin hərəkəti (Cash Flow) üzrə əməliyyatların düzgün təsnifatını təmin etmək və prosesin effektiv icrasında iştirak etmək; Mühasibat uçotunda əməliyyatların hesablar planına uyğun olaraq düzgün əks etdirilməsini təmin etmək;  Ödəniş sənədlərinin və maliyyə məlumatlarının düzgünlüyünü yoxlamaq; Gündəlik maliyyə və mühasibat əməliyyatlarını vaxtında və dəqiq icra etmək; Maliyyə sənədlərinin düzgünlüyünü yoxlamaq, məlumatların sistemə vaxtında və düzgün daxil edilməsini təmin etmək; Aidiyyəti struktur bölmələri ilə koordinasiyalı şəkildə çalışaraq maliyyə məlumatlarını düzgün və vaxtında təmin etmək; Rəhbərliyin tələblərinə uyğun maliyyə və ödəniş hesabatlarının hazırlanmasına dəstək olmaq; Rəhbərlik tərəfindən verilən digər mühasibat və maliyyə tapşırıqlarını yerinə yetirmək. Namizədə dair tələblər: Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya digər əlaqəli sahə üzrə ali təhsil; ERP proqramları ilə işləmək bacarığı (mütləqdir); Ödənişlər üzrə mühasib və ya oxşar vəzifədə iş təcrübəsi; Bank əməliyyatları və ödəniş prosesləri üzrə yaxşı bilik; Cash Flow anlayışını və əməliyyatların bu istiqamətdə təsnifatı üzrə biliklər; Mühasibat uçotu və hesablar planını yaxşı səviyyədə bilmək; Rus dilini minimum orta səviyyədə bilmək; Analitik düşünmə, problemləri araşdırmaq və operativ həll etmək bacarığı; Diqqətli, məsuliyyətli, çevik və komandada işləmək bacarığı. Üstünlük veriləcək: ERP sistemlərində iş təcrübəsi; Böyük həcmli ödəniş əməliyyatları ilə iş təcrübəsi; Maliyyə hesabatları və cash flow planlaşdırılması üzrə təcrübə. İş barədə məlumat: İş yeri: Nardaran qəsəbəsi, Sea Breeze; Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.