Location: Bakı
Namizədə tələblər: Təhsil: İnşaat və Memarlıq fakültələri üzrə ali təhsilli; Sahədə ölçü götürmək və shop drawing hazırlama üzrə praktiki iş təcrübəsi; AutoCAD proqramını sərbəst bilmək (üstünlük verilir: Revit, SketchUp, 3ds Max, Archicad və MS Excel) Tikinti normaları, oxuma və cizgi standartları üzrə baza biliklər. Dəqiqlik, məsuliyyətli, sahəyə çıxmaq bacarığı və komandada işləmək bacarığı. İş stajı: müvafiq sahədə ən azı 1-2 il; Dil biliyi: Azərbaycan dilini mükəmməl bilmək, Rus dili ve İngilis dili arzu ediləndir; Cəhətlər: Peşəkar yanaşmaya və intizama malik olmaq; Analitik düşünmə qabiliyyətinə, vaxtın güclü idarə edilməsi və planlaşdırma bacarıqlarına malik; Yazılı və şifahi ünsiyyət bacarıqları yüksək səviyyədə olan; Əsas vəzifələr: Sahədə ölçü götürülməsi: Obyektlərə və tikinti sahələrinə yerində baxış keçirmək, faktiki ölçüləri götürmək, mövcud vəziyyəti qeydə almaq və fotofiksasiya etmək.; Shop Drawing (İstehsalat / İcra cizgiləri): Layihə əsasında montaj, istehsalat və tikinti-təmir işləri üçün dəqiq shop drawing (detallı icra cizgiləri, qovşaqlar, ölçülər və spesifikasiyalar) hazırlamaq; ayihələndirmə və cizgi işləri: Memarlıq planlarının, fasad, kəsik və interyer/eksteryer cizgilərinin hazırlanması və mövcud layihələrə lazımi düzəlişlərin edilməsi. Sahə ilə koordinasiya: Götürülmüş ölçülərlə layihə və shop drawing cizgiləri arasındakı uyğunsuzluqları aşkarlamaq, usta heyəti, iş icraçıları və mühəndislərlə operativ dəqiqləşdirmə aparmaq. Materiallar və həcmlər: Cizgilər əsasında materialların ölçü-həcm cədvəllərini çıxarmaq, uyğunluğunu yoxlamaq və layihə sənədlərini səliqəli arxivləşdirmək. Müəllif nəzarəti (lazım olduqda): İcra prosesinin təsdiq olunmuş cizgilərə uyğunluğuna nəzarət etmək. İş şəraiti İş yeri: Flame Tower, NİMEX İNVEST MMC Maaş: 1500 AZN İş qrafiki: 6 günlük Maraqlanan şəxslər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını göndərə bilərlər.